Sentyabrın 27-dən
başlayaraq Azərbaycanın haqq savaşında şanlı Ordumuz ölkəmizin hərb tarixinə qələbələrlə
dolu günlər yazdırır. Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi
və rəhbərliyi altında Ordumuzun qazandığı zəfərlər hər kəsin ürəyini, qəlbini fərəh
hissi ilə döyündürür. Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə
sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə
etdiyi digər qələbələr uşaqdan tutmuş böyüyünə kimi hər kəsin qəlbini dağa döndərir.
Bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən hər kəs "Qarabağ
bizimdir!”, "Qarabağ Azərbaycandır!” söyləyir. Uşaq da, böyük də ölkə vətəndaşı
olaraq öz ürək sözlərini, səmimi arzularını, təbriklərini ölkə başçısı, Ali Baş
Komandan İlham Əliyevə çatdırmaqla Onun və Azərbaycan Ordusunun yanında
olduqlarını, birlik, həmrəylik nümayiş etdirdiklərini bildirirlər. Üçrəngli Azərbaycan
Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda
dalğalanacağı günü böyük səbirsizliklə gözlədiklərini qeyd edirlər. Bunu ölkə
başçısına ünvanlanmış saysız-hesabsız məktublarda yazılan fikirlər də bir daha
sübut edir.
Qazax rayonunun Ağköynək kəndində yaşayan Allahverdiyeva Mürəndə Xəqani qızı da kiçik qəlbində Ali
Baş Komandana bəslədiyi böyük sevgisini yazdığı məktubda çatdırıb. Səmimi ürək
sözlərini qələmin dili ilə çatdıran Mürəndə balamız Prezidentini çox
sevdiyini də yazıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oktyabrın 22-də ölkə başçısına məktub ünvanlamış Səlim Əfəndiyev adına Qazax şəhər 1
nömrəli tam orta məktəbin V sinif şagirdi olan Mürəndə
Allahverdiyevanı qəbul edib.
Anası İradə Allahverdiyeva və sinif rəhbəri
Ülviyyə Xasməmmədova ilə birlikdə məktəblini qəbul edən icra başçısı Vətənə,
dövlətə, ölkə Prezidentinə olan sevgisinə, səmimi ürək sözlərinə görə ona minnətdarlığını
bildirib. Valideyninə və sinif rəhbərinə Mürəndə balamıza verdikləri tərbiyəyə,
aşıladıqları vətənpərvərlik hissinə görə razılığını ifadə edib.
Məktəblimizin anası İradə
Allahverdiyeva Mürəndənin məktub ünvanlamaq istəyini, təklifini eşidəndə çox
sevindiyini və onun bu addımını yüksək qiymətləndirdiyini bildirib. Övladına
göstərilən diqqətə və qayğıya görə razılığını ifadə edən ana ailəsi adından
rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.
Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır! fikirlərinin yer aldığı həmin məktubu sizlərə təqdim edirik:
Mürəndə
Allahverdiyevadan,
Əziz
Prezidentim.
Mən Qazax
rayonunda yaşayıram, S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 5-ci sinif
şagirdiyəm. Vətənimi çox sevirəm. İşğaldan azad edilmiş torpaqlarımıza görə
sevinirəm və Sizi təbrik edirəm.
Əsgər
əmilərimə də təşəkkürümü bildirirəm. Azərbaycan inamla irəli addımlayır. Mən
əminəm ki, bizim Qələbəmizə az qalıb. Arzum budur ki, böyüyəndə azad edilmiş
torpaqlarımıza gedim.
Sizə
işlərinizdə uğurlar arzulayıram. Mən Sizi çox sevirəm.
Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Allahverdiyeva
Mürəndə Xəqani qızı.
Azərbaycan
Respublikası, Qazax rayonu, Ağköynək kəndi.
Geri qayıt
|