Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar Prezidentə yazırlar:
Vətəndaşlar Prezidentə yazırlar:18-10-2020, 16:18 |
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələri böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayan vətəndaşlarımız bunu ürək sözləri ilə də ifadə edirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda yazırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. Göyüş Osmanlıdan, Hörmətli cənab Ali Baş Komandan, Sizin rəhbərlik etdiyiniz Milli Ordumuzun yüksək məharəti ilə qısa müddət ərzində doğma ərazilərimizin bir hissəsi düşmən tapdağından azad edildi. Bu, Sizin Ulu Öndərin siyasi kursunu ardıcıllıqla, zərgər dəqiqliyi ilə davam etdirmənizin nəticəsidir. Cənab Ali Baş Komandan, güclü və qətiyyətli Azərbaycan Ordusunun davamlı olaraq cəbhə boyu irəliləyərək, torpaqlarımızı düşməndən təmizləyəcəyinə və üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandıracağına bütün qəlbimizlə inanırıq. Allah Sizi və şanlı Ordumuzu qorusun! Hörmətlə, Osmanlı Göyüş Həsən oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi.
Cavanşir Rüstəmlidən, Əziz İlham baba. Mən Qazax şəhər 2 saylı musiqi məktəbinin saz sinfinə qəbul olunmuşam, çünki saz sənətini çox sevirəm. Özüm üçün pul yığıb böyük saz almaq istəyirdim. Ancaq indi baş vermiş Vətən müharibəsində şanlı Ordumuza və əsgərlərimizə dəstək olmaq lazım gəldiyini fikirləşirəm. Bu məqsədlə yığdığım 28 manatı əsgər əmilərə hədiyyə edirəm. Bilirəm ki, Qarabağ bizimdir, həmişə də bizim olacaq! Qarabağ Azərbaycandır! Hörmətlə, Cavanşir Rüstəmli İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin 3-cü sinif şagirdi Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi. Geri qayıt |