Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva:
Birinci vitse-prezident Mehriban Əliyeva:18-10-2020, 13:58 |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun! Geri qayıt |