Əsas Səhifə > Manşet / Sosial > Qazaxda Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissələrdə yeni asfaltın vurulmasına başlanılıb

Qazaxda Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissələrdə yeni asfaltın vurulmasına başlanılıb


11-10-2020, 15:53


Bu gün cənab Prezident İlham Əliyevin qayğısı sayəsində Qazaxda ən böyük layihələrdən biri olan şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı prospekt və küçələrdə abadlıq işləri aparılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Artıq şəhərin Heydər Əliyev prospektində də su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə birinci qat asfaltın vurulmasına başlanılıb. Bundan əlavə, ötən gün şəhərin daha bir küçəsinə - Firuddin Şamoyev küçəsinə də yeni asfalt döşənib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov digər aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulan həmin ərazilərdə olub, görülən işlərlə maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri keyfiyyətə üstünlük verilməsini bildirib və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlarını verib.



Məlumat üçün bildirək ki, bu günə kimi şəhərin Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Həmçinin, şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq. 

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər görülmüş işləri yüksək qiymətləndirərək buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospekti












 

 Firuddin Şamoyev küçəsi











GOYEZEN.AZ


Geri qayıt