Əsas Səhifə > Manşet / Sosial > Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan ərazilərə yeni asfalt vurulur

Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan ərazilərə yeni asfalt vurulur


9-10-2020, 20:26


Son illər regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra edilməkdədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən həmin dövlət proqramları sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı abadlıq işləri aparılır. Belə ki, yeni asfalt yollar çəkilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları təmir olunur, yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur.

Bu gün rayonda ən böyük layihələrdən biri olan şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, eyni zamanda işlərin başa çatdırıldığı prospekt və küçələrdə abadlıq işləri də aparılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır. Şəhərin Heydər Əliyev prospektində və küçələrində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə aparılan abadlıq işləri uğurla həyata keçirilir. 


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinin rəhbəri Mehrab İsgəndərov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi yekunlaşan və yeni asfalt vurulan Azadlıq küçəsində görülən işlərlə maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri keyfiyyətə üstünlük verilməsini bildirib və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlarını verib.

Məlumat üçün bildirək ki, bu günə kimi şəhərin Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, Bakı küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Həmçinin, şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq. 

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər görülmüş işləri yüksək qiymətləndirərək buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Azadlıq küçəsi


GOYEZEN.AZ


Geri qayıt