Əsas Səhifə > Manşet / Təhsil > Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi rəşadətli Azərbaycan əsgərlərinin qazandığı uğurlarla fəxr edirlər

Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi rəşadətli Azərbaycan əsgərlərinin qazandığı uğurlarla fəxr edirlər


6-10-2020, 10:47


Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.

Bütün xalqımız kimi, biz - Qazax rayonu Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi də Sizin qətiyyətli rəhbərliyinizlə rəşadətli Azərbaycan əsgərlərinin qazandığı uğurlarla fəxr edirik. Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun dönməz iradəsi, igidliyi və şücaəti sayəsində yaxın günlərdə ən böyük qələbəyə nail olacağıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Söylü Xəlilova

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt