Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Dəmirçilər və Ürkməzli kəndlərində olub

İcra başçısı Dəmirçilər və Ürkməzli kəndlərində olub


19-09-2020, 20:22

Ürkməzli kəndi

Bu gün hər kəs yaxşı bilir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən sosial-iqtisadi siyasətin, həyata keçirilən çoxsaylı layihələrin, tədbirlərin, atılan bütün addımların mərkəzində bir amil dayanır ki, o da vətəndaş amilidir. Həyata keçirilən bütün işlərdə vətəndaşların rahatlığı, məmnunluğu nəzərə alınır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub və olacaq da... Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır.

Hər kəsə o da yaxşı məlumdur ki, son illər Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə həssaslıqla yanaşması, həlli istiqamətində lazımi addımlar atması bunu bir daha sübut edir. Rayon rəhbərinin ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də kəndlərdə sakinləri narahat edən su məsələsidir. Məhz bu səbəbdən kəndlərdə vətəndaşların su təminatını yaxşılaşdırmaq məqsədilə qazılmış subartezian quyularının hər zaman işlək vəziyyətdə olmasını, quyularda yaranmış nasazlıqların dərhal aradan qaldırılmasını daim nəzarətdə saxlayır. 

Ürkməzli kəndi


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin baş mühəndisi Telman Orucov, İdarənin sahə rəisi Fidai Məmmədov və digər aidiyyəti şəxslərlə birlikdə Ürkməzli kəndində vaxtilə qazılmış və bərpası nəzərdə tutulan subartezian quyusuna yerində baxış keçirib. Köhnə subartezian quyusunun fəaliyyətini bərpa etmək üçün quyudakı mövcud vəziyyətin öyrənilməsini, bu istiqmətdə lazımi addımların atılmasını bildirib.

Sonra rayon rəhbəri aidiyyəti şəxslərin iştirakı ilə Dəmirçilər kəndində yeni qazılan subartezian quyusunda görülmüş işlərlə də yerində tanış olub, mövcud vəziyyəti öyrənib. Kənd sakinlərinin su ilə bağlı mövcud vəziyyətini nəzərə alaraq işlərin qısa bir vaxtda yekunlaşdırılmasını qeyd edib. Hər iki subartezian quyusu ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.

Dəmirçilər kəndi




GOYEZEN.AZ


Geri qayıt