Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid bacısının evinə bir gün ərzində telefon xətti çəkildi

Qazaxda şəhid bacısının evinə bir gün ərzində telefon xətti çəkildi


2-09-2020, 22:20


Respublika Prezidenti cənab İlham Əliyevin vətəndaşlara, xüsusilə də Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hər zaman örnək sayılır. Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görür. 

Rayon rəhbərinin şəhid bacısı Məmmədova Gülnarə Camal qızını qəbul etməsi, onun yaşadığı evə telefon xəttinin çəkilməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıq verməsi şəhid ailələrinə olan qayğısının daha bir bariz nümunəsidir.  

Artıq icra başçısının verdiyi tapşırıq öz müsbət həllini tapıb. Bu gün "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının əməkdaşları tərəfindən bir gün ərzində şəhid bacısının yaşadığı Nəriman Nərimanov qəsəbəsi ev 49, mənzil 53 ünvanına telefon xətti çəkilib.

Ürək sözlərini yeni çəkilmiş telefonla çatdıran şəhid bacısı Gülnarə Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla rayon rəhbərinə minnətdarlığını bildirib. Etdiyi müraciətin bir günün içində öz müsbət həllini tapmasını vətəndaşlara, şəhid ailələrinə göstərilən qayğının əyani sübutu kimi qiymətləndirib.

GOYEZEN.AZ
Geri qayıt