Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb
Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb25-08-2020, 18:15 |
107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov növbəti dəfə seçiciləri ilə görüşüb. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olan Səməd Seyidovun vətəndaşlarla olan görüşləri ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət olunmaq şərtilə keçirilib. Rayonun sərhəd kəndlərindən olan Aslanbəyli, Qaymaqlı, Kəmərli, eləcə də Yuxarı Salahlı, Aşağı Salahlı, Qazaxbəyli kəndlərində, həmçinin, Qazax Rayon Heydər Əliyev Mərkəzində, şəhərin Azadlıq 92, Azadlıq döngə 2, bina 31A, Şəhidlər Xiyabanı 12,14, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı binalarda, Səməd Vurğun və Məmməd Əmin Rəsulzadə küçələrində yaşayan sakinlərlə keçirilən görüşlər vətəndaşlar tərəfindən də razılıq hissi ilə qarşılanıb. Mütəmadi olaraq seçiciləri ilə görüşən və problemlərin həllində fəal iştirak edən millət vəkili ilə görüşdə ümumilikdə 200-dən artıq seçici iştirak edib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. "Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində bir yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb. Görüş keçirildiyi S.Vurğun, M.Ə.Rəsulzadə küçələrinə yeni asfalt örtüyünün vurulmasını, N.Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Azadlıq 92, Ş.Xiyabanı 12,14 saylı binaların həyətində abadlıq işlərinin aparılmasını və ”Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsini ölkə başçısının və rayon rəhbərliyinin vətəndaşlara olan qayğısı kimi qiymətləndirib. Millət vəkili ilə görüşən sakinlər də rayonda, eləcə də yaşadıqları küçə və binaların həyətlərində görülən işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun sərhəd kəndi olan Kəmərli kəndində yaşayan sakinlərin evində qonaq olan millət vəkili sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin sərhəd kəndlərinə xüsusi diqqət və qayğı ilə yanaşmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. Qazaxa səfəri zamanı millət vəkili S.Seyidov Qarabağ müharibəsi əlillərini də diqqətdən kənarda qoymayıb. "Qazilər çay ocağı” evində Qarabağ müharibəsi əlilləri ilə görüşüb, onlarla səmimi söhbət edib. Qarabağ əlilləri ilə olan görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan danışan millət vəkili həmin qayğının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha vurğulayıb. S.Seyidov ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ əlillərinə hər zaman yüksək səviyyədə dövlət qayğısı göstərildiyini və həmin qayğının bu gün də davam etdirildiyini bildirib. Qarabağ müharibəsi əlillərinə istər yeni mənzillərin verilməsini, istər yeni avtomobillərin hədiyyə olunmasını, istərsə də sosial rifah hallarının yaxşılaşdırılmasını nümunə olaraq göstərib. Millət vəkili ilə səmimi söhbət edən Qarabağ müharibəsi əlilləri də dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Millət vəkili Qazaxda olduğu müddətdə rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb, gənclərlə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran məsələləri müzakirə edib. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısını vurğulayaraq həmin qayğının yüksək səviyyədə olduğunu qeyd edib. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da gənclərə böyük inam və etimad bəslənildiyini bildirib. Qazaxda dövlətini, xalqını, millətini sevən gənclər ordusunun yetişməsini yüksək dəyərləndirən millət vəkili onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini vurğulayıb. Görüşlər zamanı millət vəkili S.Seyidov seçicilərin təklifləri, eləcə də şikayətləri ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparılıb. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Bəzi məsələlər yerində araşdırılaraq həlli istiqamətində müsbət addımlar atılıb. Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər. Millət vəkili S.Seyidov belə görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini və bu barədə öncədən əlavə məlumatın veriləcəyini seçicilərin nəzərinə çatdırıb. Heydər Əliyev Mərkəzi
Azadlıq 92, Şəhidlər Xiyabanı 12 və 14 saylı binaların sakinləri
Azadlıq döngə 2, bina 31A saylı binanın sakinləri
Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı binaların sakinləri
Səməd Vurğun küçəsi
Məmməd Əmin Rəsulzadə küçəsi
Qarabağ müharibəsi əlilləri ilə görüş
Aslanbəyli kəndi
Qaymaqlı kəndi
Kəmərli kəndi
Yuxarı Salahlı kəndi
Aşağı Salahlı kəndi
Qazaxbəyli kəndi
GOYEZEN.AZ Geri qayıt |