Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

İcra başçısı Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub


29-07-2020, 23:16


Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da hiss olunur. Dövlət başçısının rəhbərliyi altında bölgələrdə yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi isə onu göstərir ki, bu sahə hər zaman dövlət siyasətinin əsasını təşkil edir.

Son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində böyük bir tikinti meydançasını xatırladan Qazaxda da azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlayır. Məhz bu qayğının nəticəsidir ki, rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.

Sevindirici haldır ki, bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. Belə ki, ötən yazımızda qeyd etdiyimiz kimi, rayonda təmirə ehtiyacı olan bağçalardan birində - 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılır.  


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin bağçada olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda bağça binası genişləndirilərək əlavə otaqlar tikilir. Mövcud vəziyyətlə tanış olan icra başçısı görülən işlərin keyfiyyətlə aparılmasını bildirib və bununla bağlı tapşırıqlarını verib.




 

GOYEZEN.AZ


Geri qayıt