Əsas Səhifə > Manşet / Mədəniyyət > Göyəzən dağı ətəyində aşkar edilmiş

Göyəzən dağı ətəyində aşkar edilmiş


21-04-2017, 16:30
Göyəzən dağı ətəyində aşkar edilmiş
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialının ərazisində Göyəzən dağı ətəyində aşkar edilmiş qəbir abidəsi ilə əlaqədar Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 2016-cı ilin iyun ayında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev və digər rayon rəsmilərinin iştirakı ilə abidəyə baxış keçirmişdir.

“Avey” DTMQ-nun elmi işçisi Gülmirə Baxşıyeva GOYEZEN.AZ-a bildirib ki, tapılmış qəbir abidəsi ilə əlaqədar qoruq rəhbərliyi AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna rəsmi şəkildə müraciət etmişdir.
Göyəzən dağı ətəyində aşkar edilmiş
Bu müraciətə əsasən institutun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin əməkdaşları ərazidə abidəyə baxış keçirmişlər. Bütün bunların nəticəsi olaraq mütəxəssislərdən – “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dossent Rahibə Əliyeva və şöbənin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev məzar daşı haqqında öz rəylərini yazılı şəkildə bildirmişlər.
Göyəzən dağı ətəyində aşkar edilmiş
Göndərilən bu rəylərə əsasən qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki bədii kompozisiyalarla həm dini simvol və dekor mahiyyəti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər “Avey” məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardir. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olmaqla, Oğuz türklərinə mənsubdur.

Digər tərəfdən qəbirüstü daşın VII-VIII əsrlərdə inşa olunmuş möhtəşəm “Avey” alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması, onun məhz ilk orta əsrlər dövrünə məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir.
Göyəzən dağı ətəyində aşkar edilmiş
Mütəxəssislər əlavə olaraq qeyd etmişlər ki, əgər məzarlıq varsa, yaxın ərazidə nə vaxtsa yaşayış məskəni də olmuş və belə qənaətə gəlinmişdir ki, “Göyəzən” filialının ərazisi qədim yaşayış məskənidir.

Ərazidə tapılan və verilən mütəxəssis rəyləri ilə də qədim Alban abidəsi olduğunu sübut edən bu qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.

Geri qayıt