Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş yazır: “Bizim Sizə olan güvənimiz və hörmətimiz sonsuzdur. Sizinlə birlikdəyik, cənab Ali Baş Komandan”
Vətəndaş yazır: “Bizim Sizə olan güvənimiz və hörmətimiz sonsuzdur. Sizinlə birlikdəyik, cənab Ali Baş Komandan”21-07-2020, 18:42 |
Çox hörmətli cənab Ali Baş Komandan. Son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. Cənab Ali Baş Komandan, iyul ayının 14-dən 15-ə keçən gecə paytaxt küçələrində vətənsevər insanların Sizə və Ordumuza dəstək yürüşü möhtəşəmliyi ilə qürurverici idi. Bu tədbiri təxribat mitinqinə çevirmək istəyənlərin niyyətləri baş tutmadı. Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir. Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyaların Sizə dəstək bəyanatı da bunun bir təsdiqidir. Biz qadınlar düşmənlə üzbəüz döyüşlərdə iştirak etməsək də, informasiya müharibəsində Sizin əsgərlərinizik. Vətəndaş kimi Vətən naminə, ana kimi övladlarımız naminə Sizinlə birgə mübarizə aparacağıq. Düşmən sevinməyəcək. Bizim Sizə olan güvənimiz və hörmətimiz sonsuzdur. Sizinlə birlikdəyik, cənab Ali Baş Komandan. Dərin hörmətlə, Yeganə Göyüşlü YAP Qazax rayon Təşkilatı Qadınlar Şurasının sədri Azərbaycan Respublikası, Qazax rayonu. Geri qayıt |