Xəbər
verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda
şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ölkə Prezidenti
cənab İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində icra olunan
layihə uğurla həyata keçirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə aparılan
su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı
küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev küçələrinə
yeni asfaltın çəkilməsi bu dediklərimizin əyani göstəricisidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq
işləri rayonda olan quruculuğun bundan sonra da uğurla davam etdirilməsi
deməkdir.
Şəhərdə küçələrlə yanaşı,
çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad
məhəllə” adı altında
bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların
həyətində görülən işlər də bunun bariz nümunəsidir. Hazırda su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A,
üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli
92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli
yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə yerləşən binaların həyətində görülən
işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, yeni bardür düzüləcək Əliağa Şıxlinski küçəsində olub. Görülən işlərlə yerində tanış olan icra başçısı hər
bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə
tapşırıqlarını verib.
Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı binaların həyəti
Əliağa Şıxlinski küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|