Əsas Səhifə > Manşet / Sosial > Qazax müasir yolları, “Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq

Qazax müasir yolları, “Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq


17-07-2020, 19:20

Molla Pənah Vaqif küçəsi

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilir. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Bu gün sözün əsl mənasında tam əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Elm, təhsil, səhiyyə, idman, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlər onu sübut edir ki, Qazax hər bir sahədə uğur qazana bilər.

Ötən müddət ərzində Qazaxda bir sahə də daha geniş vüsət almağa başladı. Hansı ki, bu sahənin inkişafı sayəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. Bu, 2016-cı ildən başlayaraq daha böyük miqyas alan abadlıq və quruculuq işləridir. Sevindirici hal isə odur ki, ötən illər ərzində görülən işlərin miqyası ildən-ilə daha geniş vüsət aldı və almaqda da davam edir. Bu illər ərzində rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilir.

Ötən illər ərzində görülən və bu gün də uğurla icra olunan işlər onu söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qərbin qapısı sayılan Qazaxda Dövlət Proqramında mühüm yer tutan abadlıq və quruculuq işlərinə ilk gündən necə start verilibsə, bu gün də o cür davam etdirilir.

Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidentinin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Sevindirici hal isə odur ki, şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Sürətlə davam etdirilən işlərin nəticəsidir ki, bu gün Qazaxda yeni asfalt örtüyü çəkilən küçələrin sayı günbəgün artır. Artıq şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun  Azadlıq küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, qısa bir zaman kəsiyində şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək. Hazırda Murtuz CarçıyevƏminə DilbaziZeynalabdin Tağıyev küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri də bu dediklərimizin əyani sübutudur.

Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. İlk olaraq da Nəriman Nərimanov yaşayış massivində yerləşən 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri davam etdirilir.

Dövlət başçısının regionların inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələrin rayon rəhbərliyi tərəfindən uğurla icra olunması, ildən-ilə, gündən-günə geniş vüsət alan abadlıq və quruculuq işləri onu deməyə əsas verir ki, Qazax müasir yolları, "Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq.

Qazaxda aparılan abadlıq və quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Rayonda aparılan abadlıq və quruculuğu Qazaxın timsalında bölgələrimizin inkişafı istiqamətində görülən işlər kimi dəyərləndirirlər. Bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxlayan rayon rəhbərliyinə razılıqlarını ifadə edərək təşəkkürlərini çatdırırlar.

Molla Pənah Vaqif küçəsi









 Azadlıq küçəsi






Zeynalabdin Tağıyev küçəsi






 Nəriman Nərimanov yaşayış massivində yerləşən "Abad məhəllə"





Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı binaların həyəti

 

Azadlıq küçəsi 92 saylı binanın qarşısı




GOYEZEN.AZ


Geri qayıt