İyulun 13-dən 14-nə keçən
gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub.
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, Rayon Prokuroru Rauf Gözəlov,
Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət
Musayev şəhidin ata ocağında ailəsinə baş çəkiblər. Şəhidin atası Hajan Əhmədovla görüşüb, başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, onun övladının da
xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını
bildiriblər. Ölkə başçısının da söylədiyi kimi son döyüşdə düşmənə layiqli
cavablarının verildiyini, Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda canından keçən hərbçilərimizin, eləcə də Namiq
Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını bir daha
vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşərək onun "İrəli!” əmrini gözləyən güclü, qüdrətli
Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün elə
də uzaqda olmadığını diqqətə çatdırıblar.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən
şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib.
GOYEZEN.AZ
Geri qayıt
|