Hər
kəsə yaxşı məlumdur ki, ölkə Prezidentinin birbaşa göstərişi, köməyi və qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli
su və kanalizasiya sistemi tamamilə yenidən qurulur. Şəhərdə aparılan su və
kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə
eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində
aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, qısa bir
zaman kəsiyində şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək.Hazırda Murtuz Carçıyev, Əminə Dilbazi, Zeynalabdin
Tağıyev, Azadlıq küçələrində yeni
bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri də bu dediklərimizi
əyani şəkildə sübut edir.
Bu gün su-kanalizasiya sisteminin çəkilişi başa çatan və abadlıq işləri aparılan küçələrdən birində - Azadlıq küçəsində yeni asfalt örtüyün vurulmasına başlanılıb. Artıq küçənin xeyli
hissəsinə yeni asfalt örtüyü döşənib. Bu isə o deməkdir ki, Qazaxda daha bir küçə müasir
yolu göz oxşayacaq.
Məlumat üçün qeyd edək ki, şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış
binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına
verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun bariz
nümunəsidir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər
Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63,
dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən
beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli
yaşayış binalarının həyətində isə abadlıq işləri davam etdirilir.
Qazaxda aparılan abadlıq və quruculuq işlərini yüksək
qiymətləndirən rayon sakinləri bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə
dərin minnətdarlıqlarını bildirirlər. Bölgələrimizin, o cümlədən də Qazaxın
gündən-günə inkişaf etməsini ölkəmizin uğuru kimi dəyərləndirirlər.
Azadlıq küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|