Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də su və kanalizasiya sisteminin çəkilişi davam etdirilir

Qazaxda küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də su və kanalizasiya sisteminin çəkilişi davam etdirilir


18-06-2020, 15:00


Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” ASC Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Artıq 1 ildən çoxdur ki, Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir.

Lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də su və kanalizasiya xətlərinin çəkilişi aparılır.

Su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə yerində maraqlanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi aparılan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərin mövcud vəziyyəti ilə tanış olub.

İcra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Bundan əlavə, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Heydər Əliyev prospekti 61A saylı bina




Heydər Əliyev prospekti 63 saylı bina



 

 Heydər Əliyev prospekti 65 saylı bina



Azadlıq küçəsi 92 saylı bina



GOYEZEN.AZ


Geri qayıt