Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə maraqlanıb


10-06-2020, 21:56


Ölkə Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası respublikamızda uğurla həyata keçirilir. Məhz həmin Dövlət Proqramının uğurla icra olunması sayəsində ölkəmizdə ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla yerinə yetirilir. Son 5 ildir ki, rayonun inkişaf edən sahələrindən olan baramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, böyük işlər görülür.

Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən bu il 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Hüseynbəyli, Kosalar, Orta SalahlıDəmirçilər kəndlərində olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, Hüseynbəyli, Orta Salahlı və Dəmirçilər kəndlərində barama yetişdirən kümçülər artıq barama tədarükünə başlayıblar. Həmçinin ipəkqurdunun barama sarıması davam edir.

Bu günə kimi Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 919 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

Hüseynbəyli kəndi


 Kosalar kəndi



Orta Salahlı kəndi


 

 Dəmirçilər kəndi



GOYEZEN.AZ


Geri qayıt