Əsas Səhifə > Manşet / Rəsmi > Ölkə Prezidentinin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır
Ölkə Prezidentinin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır4-06-2020, 14:58 |
Hər kəsə yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus (COVID-19) infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb. Həmçinin "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərar qəbul olunub. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən bütün tədbirlər onu söyləməyə əsas verir ki, dövlət hər zaman vətəndaş amilini ön plana çəkir. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi isə hər bir Azərbaycan vətəndaşı üçün əsl nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı
tədbirlər Qazaxda da
minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə də Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün
tələb və qaydalara ciddi şəkildə əməl olunması sahəsində təxirəsalınmaz işlər
görülür.
|