Əsas Səhifə > Manşet / Sosial > Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri davam etdirilir

Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri davam etdirilir


2-06-2020, 19:44


Ş.Xiyabanı 27

Hər kəsə yaxşı məlumdur ki, son illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizin bütün bölgələrində sosialyönümlü bir sıra layihələr həyata keçirilir. Dövlət proqramına uyğun olaraq hər il genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Təqdirəlayiq haldır ki, görülən işlərdən biri də çoxmənzilli binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qazaxda bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. 2016-cı ildən geniş vüsət alan bu işlər sayəsində çoxmənzilli yaşayış binalarının istər dam örtüyü yenilənir, istərsə də blok və fasadı əsaslı təmir olunur. Bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın günün tələblərinə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülən işlərin bariz nümunəsidir.

Hər il olduğu kimi, bu il də binaların təmiri uğurla davam etdirilir. Hazırda şəhərin BakıŞəhidlər Xiyabanı küçələrində yerləşən binalarda aparılan təmir işləri bu söylədiklərimizin əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Bakı küçəsi 2A ünvanında yerləşən və dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada görülən işlərlə maraqlanıb.

Sonra rayon rəhbərişəhərin mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda aparılan təmir işləri ilə də tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hər iki binada son tamamlanma işləri görülür. Belə ki, binalarda bütün bloklarda astar-üzlük vurulub, blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.

Daha sonra icra başçısı su-kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı 14 ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında görülən işlərlə yerində tanış olub. Rayon rəhbəri istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını, çəkilişin keyfiyyətinə üstünlük verilməsini, ən əsası da vətəndaşların təhlükəsizliyinin təmin olunmasını vurğulayıb. Eyni zamanda binanın həyətində avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir daha tapşırıq və tövsiyələrini verib.

Bakı küçəsi 2A





Ş.Xiyabanı 25


Ş.Xiyabanı 27

Ş.Xiyabanı 14

GOYEZEN.AZ


Geri qayıt