Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb


24-05-2020, 21:00


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Baramaçılığın dirçəldilməsində ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayır. Məhz Dövlət Proqramının uğurla icra olunması sayəsində respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu da ölkədə barama istehsalını ildən-ilə artırır.

Dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr artıq 5 ildir ki, Qazaxda da uğurla icra olunur.2016-cı ildən rayonun inkişaf edən sahələrindən olanbaramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün böyük işlər görülür. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur.

Bu il 6 ton yaş barama istehsal etməyi nəzərdə tutan qazaxlı kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər. Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Hüseynbəyli, Kosalar, Alpout, Dəmirçilər, CəfərliXanlıqlar kəndlərində olub. İpəkqurdunun mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

"İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd edirlər.

 

GOYEZEN.AZ


Geri qayıt