Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Ürkməzli kəndində vətəndaşların müraciətinə yerində baxıb
İcra başçısı Ürkməzli kəndində vətəndaşların müraciətinə yerində baxıb23-05-2020, 17:17 |
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasəti vətəndaş amilinə söykənir. Dövlət başçısı atdığı bütün addımlarda vətəndaş mövqeyini, xalqın istəyini üstün tutur. Bunu da icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlərlə dəfələrlə sübut edir. Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüş keçirmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə bütün işlərdə vətəndaş amili ön planda dayanır. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Son illər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaş amilinə böyük önəm verməsinin nəticəsidir ki, rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə Ürkməzli kəndində vətəndaşların su ilə bağlı müraciətlərinə yerində baxıb. İcra başçısı bütün imkanlardan maksimum dərəcədə istifadə edərək vətəndaşların su ilə təmin edilməsini bildirib. Qrafik əsasında növbəlilik prinsipini gözləməklə suyun verilməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqlarını verib. Sakinlər onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ Geri qayıt |