Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Səməd Vurğun küçəsində asfalt örtüyünün vurulması işi ilə tanış olub

İcra başçısı Səməd Vurğun küçəsində asfalt örtüyünün vurulması işi ilə tanış olub


13-05-2020, 20:18


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Qazax rayonu da gündən-günə inkişaf edir. Xüsusilə də regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində yeni asfalt yolların çəkilişi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının təmiri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması son illər Qazaxda geniş vüsət alıb.

Xəbər verdiyimiz kimi, hazırda ölkə Prezidentinin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Sevindirici haldır ki, şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına da start verilib. Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi bu dediklərimizin əyani sübutudur. Həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Qazaxda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyün döşənməsi davam edən S.Vurğun küçəsində olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi döngə 6 ünvanında istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və digər abadlıq işləri sürətlə davam etdirilir. Bundan əlavə, elektrik, rabitə və qaz xətləri səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir.

Görülən işlərlə tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.




GOYEZEN.AZ


Geri qayıt