Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxdan ölkə Prezidentinə ünvanlanan növbəti minnətdarlıq məktubu

Qazaxdan ölkə Prezidentinə ünvanlanan növbəti minnətdarlıq məktubu


8-05-2020, 18:19


Hörmətli cənab Prezident.

Ölkəmizə rəhbərlik etdiyiniz müddətdə Sizin xalqımızın rifahı, dövlətimizin hərtərəfli inkişafı üçün həyata keçirdiyiniz yorulmaz fəaliyyətin, gördüyünüz nəhəng işlərin dəfələrlə şahidi olmuşuq. Siz bu illər ərzində fəaliyyətinizlə Azərbaycan xalqının hər bir nümayəndəsinin qayğısına qaldığınızı, xalqın və dövlətin mənafeyini hər şeydən yüksək tutduğunuzu sübut etmiş, tariximizə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, alternativsiz Lider və parlaq şəxsiyyət kimi daxil olmusunuz.

Dünyam cənginə almış, insanların həyat və sağlamlığını təhdid edən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün həyata keçirdiyiniz müdrik tədbirlər xalqımızın bu bəladan minimum itkilərlə xilas olmasını təmin etməkdədir. Pandemiya dövründə əhalinin sosial baxımdan həssas təbəqəsinə maddi yardımların edilməsi, fəaliyyəti müvəqqəti olaraq dayanmış müəssisələrin əməkdaşlarının əməkhaqlarının ödənilməsi və ölkə iqtisadiyyatına dəymiş zərərin aradan qaldırılması istiqamətində həyata keçirdiyiniz mühüm tədbirlər Sizin xalqımıza göstərdiyiniz qayğının bariz təzahürüdür.

Dünya üçün taleyüklü məsələnin həll olunduğu belə mühüm bir dövrdə xalqımızı vahid bir yumruq kimi birləşdirdiyinizə, xalqımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyiniz mühüm tədbirlərə, hər bir Azərbaycan vətəndaşına ata qayğısı ilə yanaşdığınıza görə Sizə Qazax rayonunun Çaylı kənd məscidi icmasının üzvləri adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Sahilə Orucova, Çaylı kənd məscidi icmasının sədri.

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.

8 may 2020-ci il


Geri qayıt