Çox hörmətli Prezidentimiz, əzizimiz İlham Əliyev.
Mənim Ceyrançöl ərazisində əkinçilik və heyvandarlıqla məşğul olan
təsərrüfatım var. Yaşım 65-dən yuxarıdır və hazırda karantin rejiminin
qaydalarına uyğun olaraq evdə qalıram. Çünki çox yaxşı başa düşürəm ki, insan
həyatı hər şeydən qiymətlidir.
Siz də dünyaya böyük bəla olan koronavirusla mübarizədə insan amilini əsas
götürərək qabaqlayıcı addımlar atdınız. Bu gün xalqa bağlılığınızın və məhəbbətinizin
təzahürü olan həmin addımlar öz bəhrəsini verir və buna görə xalqımız Sizi
alqışlayır.
Cənab Prezident, Siz bu çətin və çox ağır günlərdə xalqa necə yaxın
olduğunuzu bir daha sübut etdiniz. Sizin belə çətin və ağır günlərdə
xanımınızla birlikdə xalqa, torpağa və Vətənə bağlılığınız məni çox
təsirləndirdi. Şair olmasam da, Sizə olan sevgimi, ürəyimin səsini şeirlə ifadə
etmək istəyirəm.
Zülmətdən, tufandan qorxmuruq daha.
Parlayan dan yeri, sabahdır İlham.
Vətən dərdi bilənlərin qəlbində,
Ümidgah, din, iman, pənahdır İlham.
Yeganə ulduzdur haqqın tacında,
Daima dayanıb xalq əlacında,
Harın zalımında, fəqir acında,
Hamının dərdinə qalandır İlham.
Əhsən belə nitqə, belə yerişə,
Odur salan düşmənləri təşvişə,
Hər vaxt gedir yeni-yeni görüşə,
Dünyada hamıdan güclüdür İlham.
Əyilməzdir, yenilməzdir, sözündə,
Adı əzbər olub dünya üzündə.
Əsl xalqın, Vilayətin gözündə,
İmandır, ikinci Heydərdir İlham.
Allah Sizlər başda olmaqla Azərbaycanımızı qorusun.
Hörmətlə,
İsgəndərov Vilayət.
Azərbaycan Respublikası, Qazax rayonu.
01 may 2020-ci il
Geri qayıt
|