Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Səməd Vurğun küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı Səməd Vurğun küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb


1-05-2020, 18:58


Hər kəsə yaxşı məlumdur ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində özünün intibah dövrünü yaşayan rayonlarımızdan biri də Qərbin qapısı sayılan Qazax rayonudur. Ölkə başçısının və rayon rəhbərliyinin diqqəti, qayğısı sayəsində son illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarının təmir olunması, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması Qazaxda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin bariz nümunəsidir.

Ölkə rəhbərinin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması isə rayonun daha da abadlaşması, yeni görkəm alması deməkdir. Bunu şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan Molla Pənah Vaqif Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi əyani şəkildə sübut edir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi döngə 6 ünvanında artıq səkilərdəki köhnə bardürlər sökülərək yenilənib, asfalt örtüyü döşənib. Küçənin asfaltlanması və digər abadlıq işləri də sürətlə davam etdirilir.

Görülən işlərlə yerində tanış olan icra başçısı M.P.Vaqif küçəsində olduğu kimi, burada da işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib. Xüsusilə də çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.











 

GOYEZEN.AZ


Geri qayıt