Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyətləri bərpa olunan xidmət sahələri üzrə olan obyektlər dezinfeksiya olunub

Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyətləri bərpa olunan xidmət sahələri üzrə olan obyektlər dezinfeksiya olunub


28-04-2020, 20:55


2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayonda olduğu kimi həyata keçirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət obyektləri dezinfeksiya olunur.

Bu gün növbəti dezinfeksiya işləri isə ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən fəaliyyəti bərpa olunan xidmət sahələri üzrə olan obyektlərdə aparılıb. Belə ki, Nazirlər Kabinetinin Qərarında əksini tapan qəzet satışı, kitab satışı, dəftərxana mallarının satışı, çap və sürətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayyaqqabı və dəri məmulatlarının satışı, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, gül və bitki məhsullarının satışı ilə məşğul olan xidmət sahələrinə məxsus obyektlər dezinfeksiya olunub. Şəhərin Heydər Əliyev prospektində, eləcə də Azadlıq, H.Z.Tağıyev, Ş.Xiyabanı, Bakı küçələrində Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

H.Əliyev prospektində yerləşən elektronika və məişət texnikasının satışı mağazaları





H.Z.Tağıyev küçəsində yerləşən geyim, ayyaqqabı və dəri məmulatlarının satışı mağazaları



Bakı küçəsində yerləşən geyim, ayyaqqabı və dəri məmulatlarının satışı mağazası

H.Əliyev prospektində yerləşən kosmetika və ətriyyat satışı mağazası


Azadlıq küçəsində yerləşən kosmetika və ətriyyat satışı mağazası



H.Əliyev prospektində yerləşən kitab və dəftərxana mallarının satışı mağazası


H.Z.Tağıyev küçəsində yerləşən kitab və dəftərxana mallarının satışı mağazası


H.Əliyev prospektində yerləşən fotoatelye/fotostudiya


Ş.Xiyabanı küçəsində yerləşən fotoatelye/fotostudiya


H.Əliyev prospektində yerləşən gül və bitki məhsullarının satışı mağazası

 

H.Z.Tağıyev küçəsində yerləşən gözəllik salonları



Ş.Xiyabanı küçəsində yerləşən gözəllik salonları



Azadlıq küçəsində yerləşən dərzi xidməti


H.Əliyev prospektində yerləşən optika


H.Əliyev prospektində yerləşən bankomat və köşk

 

GOYEZEN.AZ


Geri qayıt