Əsas Səhifə > Manşet / Rəsmi > Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda növbəti dəfə aztəminatlı ailələrə diqqət ayırıb

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda növbəti dəfə aztəminatlı ailələrə diqqət ayırıb


27-04-2020, 12:12


Artıq xeyli müddətdir ki, Qazaxda ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına əsasən həmin şüar altında xeyriyyə kampaniyasına start verilib.  Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, Qazax Rayon İcra Hakimiyyəti "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən reallaşan aksiyanın əsas məqsədi aztəminatlı ailələrə qayğı göstərməklə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaqdır.

Dövlət başçısının "Biz birlikdə güclüyük” çağırışı bu gün hər birimiz üçün örnəkdir və  bu örnəyi əldə rəhbər tutan Milli Məclisin deputatı Ülviyyə xanım Ağayeva Qazaxda növbəti dəfə qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə diqqət ayırıb. Fəaliyyəti dövründə hər zaman vətəndaşların yanında olan Ü.Ağayeva belə çətin məqamda da onların yanında olduğunu bir daha nümayiş etdirib.  

"Gənc Könüllülər”in iştirakı ilə rayonun Ağköynək Qarapapaq kəndlərində yaşayan 41 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Deputat Ü.Ağayeva ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışına səs verməklə bir daha sübut edib ki, Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır.







GOYEZEN.AZ


Geri qayıt