Əsas Səhifə > Manşet / Rəsmi > Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda qayğıya ehtiyacı olan ailələrə dəstək olub

Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda qayğıya ehtiyacı olan ailələrə dəstək olub


20-04-2020, 19:39


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünyanı cənginə alan koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar, aparılan məqsədyönlü tədbirlər, xüsusilə də ölkə rəhbərinin "Biz birlikdə güclüyük!” çağırışı bu gün hər birimiz üçün örnəkdir və vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlətimizin başçısının xalqımıza olan qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına qoşulanların sayı getdikcə artır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Biz birlikdə güclüyük!” devizi altında keçirilən xeyriyyə aksiyaları geniş vüsət alıb.

Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə Milli Məclisin deputatı Səməd Seyidov da qoşulub. Hər zaman qazaxlıların, həmyerlilərinin yanında olan S.Seyidov birlik, həmrəylik nümayiş etdirərək onlarla olduğunu bir daha göstərib.

O, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda məcburi köçkün ailələrinə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olub.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovMilli Məclisin deputatı Səməd Seyidov rayonun işğal olunmuş Barxudarlı, Sofulu kəndlərindən məcburi köçkün olan ailələrlə, eləcə də Orta Salahlı kəndində qayğıya ehtiyacı olan aztəminatlı ailələrlə görüşüblər.

İcra başçısı Rəcəb Babaşov ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Rayon rəhbəri dövlət başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinə, böyüklərimizə mərhəmətlə, qayğı və həssaslıqla yanaşılması ilə bağlı çağırışlarına bu gün hər bir ölkə vətəndaşının qoşulduğunu qeyd edib. Rayon rəhbəri bu günə kimi Qazax Rayon İcra Hakimiyyəti, eləcə də "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən ümumilikdə 5 mindən çox aztəminatlı ailəyə dəstək olunduğunu bildirib.

Bu gün Səməd Seyidov tərəfindənBarxudarlı kəndindən məcburi köçkün olan 42 ailəyə, Sofulu kəndindən məcburi köçkün olan 20 ailəyə, Orta Salahlı kəndində isə 98 ailə olmaqla, ümumilikdə 160 aztəminatlı ailəyə gündəlik tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatların verilməsini dövlət qayğısının davamı kimi qiymətləndirib. 


Milli Məclisin deputatı Səməd Seyidov çıxış edərək bildirib ki, bu gün hər birimizin ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına səs verməsi,Qazax Rayon İcra Hakimiyyətinin"Qazax” Xeyriyyə İctimai Birliyinin başladığı xeyriyyə aksiyasına qoşulması, qayğıya ehtiyacı olan insanlarımıza dəstək olması bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman çətin məqamda yumruq kimi birləşməyi bacarıb və bundan sonra da bacaracaq. Çünki biz bu gücü, əzmi ölkə başçısından alırıq. Onun qətiyyətli addımları sayəsində bütün çətinliklərin öhdəsindən layiqincə gələ bilirik. Dövlət başçısının müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti bütün dünyada öz gücünü, qüdrətini nümayiş etdirə bilir. "Bu gün mən də özümə borc bildim ki, doğma el-obamda qayğıya ehtiyacı olan insanların yanında olum, onlara tək olmadıqlarını hiss etdirim”, - deyən S.Seyidov hər zaman dəstək olmağa hazır olduğunu bildirib.


"Gənc Könüllülər”in də iştirak etdiyi, özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən bu nəcib təşəbbüs və aksiya vətəndaşlar tərəfindən də böyük razılıqla qarşılanıb. Barxudarlı kənd sakinlərindən Niyazi Hüseynov, Yusif Həsənov, Orta Salahlı kənd sakinləri Nəbi Babacanov, Rəcəb Abdulkərimov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, hər zaman həmyerililərin yanında olan Səməd Seyidova təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən sakinlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

Barxudarlı və Sofulu kəndlərindən məcburi köçkün olan ailələrlə görüş










Orta Salahlı kəndində qayğıya ehtiyacı olan aztəminatlı ailələrlə görüş 










GOYEZEN.AZ


Geri qayıt