Respublikamızın hər yerində olduğu kimi,
Qazaxda da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması
məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin
olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata
keçirilir.
Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mütəmadi
olaraq prospekt və küçələrdə Post Patrul maşınlarından səsgücləndiricilər
vasitəsilə operativ qərargahın tələbləri səsləndirilir. Həyata
keçirilən tədbirlər çərçivəsində rayonun giriş-çıxış hissələrində Yol
Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Bundan başqa,
əhalinin sıx toplaşdığı ərazilər də polis əməkdaşları tərəfindən nəzarətdə
saxlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə xüsusi karantin rejimi ilə əlaqədar şəhər
ərazisində və kəndarası yollarda qurulan postlarda olub, mövcud vəziyyətlə
maraqlanıb.
Rayon
rəhbərinə məlumat verilib ki, karonavirus pandemiyasının təsir dairəsinin
genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan
məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda
sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir. Həmçinin polis
əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici
söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət
kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin
sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
GOYEZEN.AZ
Geri qayıt
|