Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub
Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub9-04-2020, 22:26 |
Bu gün Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində yerləşən çoxmənzilli yaşayış binaları ikinci dəfə dezinfeksiya olunub. Dezinfeksiya işləri xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilib. Şəhərin Heydər Əliyev prospekti 60-da yerləşən beşmərtəbəli, 3 bloklu, 40 mənzilli; 64-də yerləşən beşmərtəbəli, 3 bloklu, 40 mənzilli; H.Arif küçəsi 2-də yerləşən dördmərtəbəli, 6 bloklu, 56 mənzilli; 3-də yerləşən dördmərtəbəli, 4 bloklu, 40 mənzilli; 4-də yerləşən dördmərtəbəli, 4 bloklu, 40 mənzilli; 5-də yerləşən dördmərtəbəli, 6 bloklu, 56 mənzilli; Azadlıq küçəsi 31-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8 mənzilli; 31A-da yerləşən üçmərtəbəli, 4 bloklu, 24 mənzilli; 32-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8 mənzilli; 33-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8 mənzilli; 34-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində ikinci dəfə dezinfeksiya işləri aparılıb. İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən ətraf ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ikinci dəfə koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorluəhəng əlavə olunur. H.Əliyev prospekti 60
H.Əliyev prospekti 64
H.Arif küçəsində "Hərbi şəhərcik"də yerləşən 2,3,4,5 saylı binalar 2 saylı bina
3 saylı bina
4 saylı bina
5 saylı bina
Azadlıq küçəsi 31
Azadlıq küçəsi 31A
Azadlıq küçəsi 32
Azadlıq küçəsi 33
Azadlıq küçəsi 34
GOYEZEN.AZ Geri qayıt |