Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya edilib

Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya edilib


8-04-2020, 17:35


Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri bu gün də davam etdirilib. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə şəhərin prospekt və küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında ikinci dəfə dezinfeksiya işləri aparılıb.

Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 179-da yerləşən doqquzmərtəbəli, 2 bloklu, 36 mənzilli; 175-də yerləşən beşmərtəbəli, 4 bloklu, 36 mənzilli; 173-də yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli; 171-də yerləşən ikimərtəbəli, 2 bloklu, 12 mənzilli; 114-də yerləşən beşmərtəbəli, 4 bloklu, 46 mənzilli; Azadlıq küçəsi 206-da yerləşən beşmərtəbəli, 6 bloklu, 60 mənzilli; 208-də yerləşən beşmərtəbəli, 6 bloklu, 60 mənzilli; 208A-da yerləşən beşmərtəbəli, 4 bloklu, 46 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb.

İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən bütün ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ikinci dəfə koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng  Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

H.Əliyev prospekti 179



H.Əliyev prospekti 175




H.Əliyev prospekti 173





H.Əliyev prospekti 171





H.Əliyev prospekti 114




Azadlıq küçəsi 206




Azadlıq küçəsi 208





Azadlıq küçəsi 208A



GOYEZEN.AZ


Geri qayıt