Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb
Qazaxda çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb6-04-2020, 20:19 |
Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri bu gün də davam etdirilib. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə təmizlik və dezinfeksiya işləri aparılıb. Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 61A-da yerləşən beşmərtəbəli, 3 bloklu, 36 mənzilli; 63-də yerləşən dördmərtəbəli, 2 bloklu, 18 mənzilli; 65-də yerləşən dördmərtəbəli, 4 bloklu, 36 mənzilli; Azadlıq küçəsi 76-da yerləşən üçmərtəbəli, 3 bloklu, 27 mənzilli; 72A,74,78-də yerləşən birmərtəbəli, 10 mənzilli; 90-da yerləşən birmərtəbəli, 8 mənzilli; 92-də yerləşən beşmərtəbəli, 4 bloklu, 36 mənzilli; Ş.Xiyabanı küçəsi 12-də yerləşən beşmərtəbəli, 4 bloklu, 36 mənzilli; 14-də yerləşən beşmərtəbəli, 4 bloklu, 46 mənzilli; 25-də yerləşən beşmərtəbəli, 4 bloklu, 40 mənzilli; 27-də yerləşən beşmərtəbəli, 3 bloklu, 30 mənzilli; Ş.Çobanov küçəsi 26-da yerləşən birmərtəbəli, 3 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb. İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən bütün ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ikinci dəfə koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur. Heydər Əliyev prospekti 61A
Heydər Əliyev prospekti 63
Heydər Əliyev prospekti 65
Ş.Xiyabanı küçəsi 12
Ş.Xiyabanı küçəsi 14
Ş.Xiyabanı küçəsi 25
Ş.Xiyabanı küçəsi 27
Azadlıq küçəsi 72A
Azadlıq küçəsi 76
Azadlıq küçəsi 90
Azadlıq küçəsi 92
GOYEZEN.AZ Geri qayıt |