Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və
rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş tələblərə riayət edilməklə aparılan təmizlik
və dezinfeksiya işləri Qazaxda da davam etdirilir.
Bu gün mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri
üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbə növbəti dəfə dezinfeksiya
olunub.
304 ailənin, 1167 nəfər
sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən
koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər
görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə
yerləşən qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə
tutulan söhbətgahlar, məişət
tullantılarının yığılması üçün istifadə olunan tullantı qabları suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə,
istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq
həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10
litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu
əhəng əlavə olunur.
Dezinfeksiya
tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
GOYEZEN.AZ
Geri qayıt
|