Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində ölkəmizdə təxirəsalınmaz tədbirlər həyata
keçirilir. Ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının
tələb və tövsiyələri qeyd-şərtsiz yerinə yetirilir.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə
aparılır.
Tələblərə riayət
olunaraq görülən işlərdən biri də yaşayış və qeyri-yaşayış binalarının, eləcə də girəcəklərin, pilləkən
qəfəsələrinin, liftlərin dezinfeksiya edilməsidir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, dezinfeksiya işləri ilə bağlı verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir. Belə
ki, rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
məqsədilə yaşayış binalarında həyata keçirilən tibbi-profilaktik və
dezinfeksiya tədbirləri bu gün də davam etdirilib. Şəhərin Nəriman Nərimanov yaşayış massivində
yerləşən bir və ikimərtəbəli 4,5,6,7,8,9,10,11,12,13,14,15-1,15-2,22,23,24,25,26,27,28,29,30,31,32,33,34,35,36,38,39,40,41
saylı yaşayış binalarında, eləcə də məcburi köçkünlərin və aztəminatlı ailənin
yaşadığı köhnə bağça binasında və ətraf ərazilərdə koronavirus infeksiyasına
qarşı dezinfeksiya işləri aparılıb.
Binaların blokları, eləcə də ətraf ərazilər Gigiyena və
Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla
dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər
əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri
təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr
suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100
qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur.
N.Nərimanov yaşayış massivində yerləşən binalar
4 saylı bina
5 saylı bina
6 saylı bina
7 saylı bina
8 saylı bina
10 saylı bina
11 saylı bina
12 saylı bina
13 saylı bina
14 saylı bina