Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus infeksiyasının
(COVID-19) yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə
yanaşı, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı
İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələbləri
qeyd-şərtsiz yerinə yetirilərək ölkəmizdə koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində zəruri işlər görülür.
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, verilən
tapşırıq və tövsiyələrbirmənalı şəkildə yerinə yetirilir.
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya
tədbirləri bu gün də davam etdirilib.
Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində yerləşən birmərtəbəli
92,94,96,98,100,102,104,109,115,117,117A,117B saylı həyət evləri, Bakı küçəsində
yerləşən 5 mərtəbəli 3 bloklu 1 saylı, 5 mərtəbəli 4 bloklu 2 saylı, keçmiş əyrici
fabrikin bağçası üçün nəzərdə tutulan 2A saylı, Azadlıq küçəsində yerləşən hər
biri 2 mərtəbəli 3 bloklu 32,33,34 saylı, N.Nərimanov yaşayış massivində yerləşən
2 mərtəbəli 1 və 2 bloklu 42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış
binalarının bloklarında, eləcə də ətraf ərazilərdə koronavirus
infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Şəhərin Heydər Əliyev
prospektində, M.P.Vaqif, M.V.Vidadi, Z.Tağıyev, Ə.Dilbazi, M.Carçıyev, Nizami,
H.Arif, M.Hüseyn, Ə.Seyidov küçələrində isə maşın vasitəsilə dezinfeksiya işləri
görülüb.
Çoxmənzilli binaların blokları,
eləcə də ətraf ərazi, şəhərdəki küçələr Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları
tərəfindən koronavirus infeksiyasına qarşı suya
xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər
əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri
təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr
suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100
qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya
tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Azadlıq küçəsi 32 saylı bina
Azadlıq küçəsi 33 saylı bina
Azadlıq küçəsi 34 saylı bina
Bakı küçəsi 1 saylı bina
Bakı küçəsi 2 saylı bina
Bakı küçəsi 2A saylı bina
H.Əliyev prospekti 109 saylı bina
H.Əliyev prospekti 94
H.Əliyev prospekti 102
H.Əliyev prospekti 104
H.Əliyev prospekti 115
N.Nərimanov yaşayış massivi 42 saylı bina
N.Nərimanov yaşayış massivi 43 saylı bina
N.Nərimanov yaşayış massivi 44 saylı bina
N.Nərimanov yaşayış massivi 45 saylı bina
N.Nərimanov yaşayış massivi 46 saylı bina
N.Nərimanov yaşayış massivi 47 saylı bina
N.Nərimanov yaşayış massivi 48 saylı bina
H.Əliyev prospekti
Z.Tağıyev küçəsi
Ə.Dilbazi küçəsi
M.Carçıyev küçəsi
H.Arif küçəsi
Ə.Seyidov küçəsi
M.Hüseyn küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|