Qazaxda koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik
və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib.
Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev
prospektində 2 mərtəbəli 3 bloklu 81, 2 mərtəbəli 1 bloklu 83, 2 mərtəbəli 2
bloklu 171, 5 mərtəbəli 4 bloklu 173 və 175, 9 mərtəbəli 2 bloklu 179, Azadlıq
küçəsində 5 mərtəbəli 4 bloklu 208A, 5 mərtəbəli 6 bloklu 208 və 206A saylı çoxmənzilli
yaşayış binalarının bloklarında, eləcə də 206A saylı binanın həyətində
olan xeyir-şər evində və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı
dezinfeksiya işləri aparılıb. Bundan əlavə, Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan parkda və ətraf ərazilərdə də dezinfeksiya işləri həyata keçirilib.
Çoxmənzilli binaların blokları, eləcə də ətraf ərazi Gigiyena və Epidemiologiya
Mərkəzinin əməkdaşları tərəfindən koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Şəhərin S.Vurğun, M.Ə.Rəsulzadə,
Bakı və Azadlıq küçələrində isə maşın vasitəsilə dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri
növbəti günlərdə də davam etdiriləcək.
H.Əliyev prospekti 81 saylı bina
H.Əliyev prospekti 171 saylı bina
H.Əliyev prospekti 173 saylı bina
H.Əliyev prospekti 175 saylı bina
H.Əliyev prospekti 179 saylı bina
Azadlıq küçəsi 206A saylı bina
İsmayıl Şıxlı adına park
S.Vurğun küçəsi
M.Ə.Rəsulzadə küçəsi
Azadlıq küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|