Qazaxda koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alması məqsədilə həyata keçirilən tibbi-profilaktik və
dezinfeksiya tədbirləri davam etdirilir.
Növbəti dezinfeksiya işləri şəhərdə "Gillik”
adlandırılan ərazidə Ə.Şıxlinski küçəsində yerləşən hər biri 5 mərtəbə, 4
blokdan ibarət 50 mənzili olan 4 və 5 saylı, 24 ailəlik 4 mərtəbəli, 2 bloklu
4A, həmin ərazidə məcburi köçkünlər üçün tikilmiş 4 mərtəbəli, 2 bloklu, keçmiş
Kənd Təsərrüfatı Texnikumuna məxsus olan 5 mərtəbəli, 2 bloklu (oxumaq-oxumaq
adlanan), Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 4 bloklu 114 saylı çoxmənzilli
yaşayış binalarının bloklarında, eləcə də Ə.Şıxlinski küçəsində 4 və 5
saylı binaların həyətində olan xeyir-şər evlərində, digər binaların həyətində
olan söhbətgahlarda və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı
dezinfeksiya işləri aparılıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində
yerləşən mərkəzi bazarda da koronavirus əleyhinə dezinfeksiya
işləri həyata keçirilib.
İstər çoxmənzilli binaların
blokları, ətraf ərazi, istərsə də şəhərin mərkəzində yerləşən bazar Gigiyena və
Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri
növbəti günlərdə də davam etdiriləcək.
Ə.Şıxlinski küçəsi 4 saylı bina
Ə.Şıxlinski küçəsi 4A saylı bina
Ə.Şıxlinski küçəsi 5 saylı bina
Ə.Şıxlinski küçəsi 4 mərtəbəli 24 ailəlik bina
Keçmiş Kənd Təsərrüfatı Texnikumunun binası
H.Əliyev prospekti 114 saylı bina
Mərkəzi bazar və ətraf ərazi
GOYEZEN.AZ
Geri qayıt
|