Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb

Qazaxda Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb


25-03-2020, 17:01


Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri respublikamızın hər yerində olduğu kimi, Qazaxda da davam etdirilir.

Bu gün növbəti dezinfeksiya işləri mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə aparılıb.

304 ailənin, 1167 nəfər sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə yerləşən digər inzibati binalar, qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə tutulan 23 ədəd söhbətgah, əlavə oturacaqlar suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

Bu gün eyni zamanda "Aveyoil” adlı növbəti yanacaqdoldurma məntəqəsində də dezinfeksiya işləri görülüb.

Qeyd edək ki, dezinfeksiya işlərini əks etdirən bütün video çəkilişlər Göyəzən.az internet portalının facebook səhifəsində canlı yayımlanıb. 

Oxucular aşağıdakı linkə daxil olmaqla bütün video çəkilişləri izləyə bilərlər.

https://www.facebook.com/profile.php?id=100013464840214

Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.






















"Aveyoil" yanacaqdoldurma məntəqəsi





GOYEZEN.AZ


Geri qayıt