Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
İcra başçısı “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub10-03-2020, 17:42 |
Artıq xeyli vaxtdır ki, Qazaxda "Abad məhəllə” layihəsi çərçivəsində su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində abadlıq işlərinə başlanılıb. 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən start verilən quruculuq işləri sürətlə davam etdirilir. Bu layihə çərçivəsində demək olar ki, Qazax rayonu yeni görkəm alaraq ölkəmizin abad və müasir rayonlarından birinə çevrilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərlə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl dekorativ gül kolları əkilərək park salınıb. Salınmış parkın suvarılması üçün su xətti çəkilib. Bundan əlavə, məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Hazırda binaların qarşısına və ətraf ərazilərdə lazım olan hissələrə asfalt vurulur. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni görkəm alaraq "Abad məhəllə” adı altında rayonumuzun ünvanına yazılır. İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları ərazidə aparılan quruculuq işlərini minnətdarlıq hissi ilə qarşılayan bina sakinləri görülən işləri yüksək qiymətləndirirlər. Qazaxda həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşılayırlar.
GOYEZEN.AZ Geri qayıt |