Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib30-03-2017, 15:35 |
Bakı Dövlət Universitetinin Qazax filialında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Filialın akt zalında keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr iştirak ediblər. Filialın direktoru, professor Vüsət Əfəndiyev konfransı giriş sözü ilə açaraq tarix boyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımları həyata keçirdiyini diqqətə çatdırıb. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 mart soyqırımı olduğunu bildirən V.Əfəndiyev bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın qətl və amansız işgəncələrə məruz qaldığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirən natiq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub. Daha sonra BDU-nun müəllimi Ülviyyə Bayramova məruzə ilə çıxış edərək zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisələrindən söz açıb. Filialın müəllimlərindən Hikmət Yusifov, Balabəyim Qədimova, tələbələrdən Jalə Bayramova öz çıxışlarında ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulayıblar. Elçin İSMAYIL Geri qayıt |