Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib21-02-2020, 19:36 |
Bu gün hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin ana xəttini vətəndaş amili təşkil edir. Həyata keçirilən bütün işlər vətəndaş mövqeyinə əsaslanır. Atılan hər bir addımda vətəndaşların istəyi, onların müraciəti ön plana çəkilir. Ən əsası da dövlət həmişə öz vətəndaşının yanındadır və bundan sonra da olacaq. Ölkə Prezidentinin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də dövlətin vətəndaşına olan qayğısını özündə əks etdirir. Bu gün tam əminliklə deyə bilərik ki, 4 ilə yaxın bir müddətdir ki, qazaxlılar ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi icra olunmasının şahidi olur. Vətəndaş-məmur münasibəti demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da bunu əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Şəhər sakini Allahquluyeva Əskinaz İdris qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq Qazax Rayonlararası Psixiatriya xəstəxanasında xadimə işi təklif olunub. Şəhər sakini Abışova Vüsalə Safaləddin qızı atasının təqaüd almasına, Daş Salahlı kənd sakini Mustafayev İlqar Alyar oğlu nəvəsinin xəstəliyi ilə bağlı əlillik dərəcəsinin alınmasına köməklik olunmasını bildiriblər. Vətəndaşlara aidiyyatı üzrə müraciət etmələri bildirilib və rəsmi cavab verilməsi qeyd olunub. Şəhər sakinləri Hüseynova Zəminə Rasim qızının, Hüseynova Dürdanə Məhərrəm qızının, Qasımov Fəzail Qəzənfər oğlunun, Abulfathi Fəridə Məcid qızının, Quşçu Ayrım kənd sakini Cəfərov Alı Oruc oğlunun, Orta Salahlı kənd sakinləri Zeynalova Suqra Abdulla qızının, Babacanov Nəbi Musa oğlunun, Kosalar kənd sakini Qasımov Xanlar Məmməd oğlunun, Canalı kənd sakini Yusibova Ulduzə Vəliyullah qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt |