Əsas Səhifə > Manşet / Rəsmi > “Mən hər zaman sizinləyəm”

“Mən hər zaman sizinləyəm”


29-03-2017, 11:31

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Qarapapaq kəndində sakinlərlə keçirdiyi görüşdə bu fikir səslənib


“Mən hər zaman sizinləyəm”
Fəaliyyətə başladığı ilk gündən xalqın arasında olaraq əhalini narahat edən problemləri onların öz dilindən eşidən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq kəndlərə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir.

İcra Başçısının Qarapapaq kəndində sakinlərlə keçirdiyi görüşdə də rayonumuzda, eləcə də Qarapapaq kəndində görülən işlərdən söz açılıb, mövcud problemlərdən danışılıb və onların həlli istiqaməti göstərilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, mən fəaliyyətə başladığım ilk gündən kəndlərdə oluram. İstəyirəm ki, kənd sakinlərini narahat edən məsələləri onların öz dilindən eşidim. Bu, mövcud çatışmazlıqların aradan qaldırılmasında daha çox effekt verir.
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
Sonra R.Babaşov rayonda, eləcə də Qarapapaq kəndində həyata keçirilən tikinti-quruculuq işlərindən söz açaraq bildirib ki, Qazax gündən-günə dəyişir, yeni görkəm alır. Yaxın vaxtlarda Qazax respublikamızın ən abad rayonlarından birinə çevriləcəkdir.
“Mən hər zaman sizinləyəm”
Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Solmaz Hacıyeva, kənd sakinlərindən Elxan Əhmədov, Aybəniz Yaqubova və başqaları söz alaraq rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu salamlayıb, onlarla mütəmadi olaraq görüşdüyünə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, siz daim bizimlə maraqlanır, bizim problemlərimizin həlli üçün əlinizdən gələni əsirgəmirsiniz. Biz kənd sakinləri sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik. Qaldırılan problemlərin öz müsbət həllini tapması bizə olan diqqətin ən bariz nümunəsidir. Daha sonra çıxış edənlər kənddə olan bir sıra çatışmazlıqlardan da söz açıblar.
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
Şəhid atası Sarı Hüseynov və şəhid anası Xətayə Yaqubova çıxış edərək hər zaman şəhidlərin adını uca tutduğuna, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərdiyinə görə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, siz hər zaman biz şəhid ailələri ilə yaxından maraqlanır, problemlərimizin həll olunmasına çalışırsınız. Biz şəhid ataları, anaları, övladları həmişə arxamızda bir güc, bir qüvvə hiss edirik. Həmin güc, qüvvə sizin bizə olan diqqət və qayğınızın təzahürüdür.
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
“Mən hər zaman sizinləyəm”
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sonda kənd sakinləri ilə mütəmadi olaraq görüşəcəyini deyərək bildirib ki, mən hər zaman sizinləyəm. Görüş qurtardıqdan sonra İcra Başçısı çatışmazlıqların mövcud olduğu ərazilərə gedərək baxış keçirib və yerindəcə həll edib.

Elçin İSMAYIL

Geri qayıt