Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


5-02-2020, 20:01


3 ildən artıq bir müddətdir ki, Qazaxda daim diqqət mərkəzində saxlanılan və ön plana çəkilən sahələrdən biri məhz vətəndaş amilidir. Ən əsası da dövlət başçısı İlham Əliyevin ölkəmizdə vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrin olduğu kimi icra olunmasıdır. Bunun bariz nümunəsi də rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullardır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Kosalar kənd sakini Hüseynova Rübabə Mustafa qızı oğluna şəhidlik statusunun verilməsinə köməklik olunması ilə bağlı müraciət edib. Vətəndaşı dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını bildirib və aidiyyatı üzrə tapşırıq verib.

Şəhər sakinləri Osmanova Şahnavad Mühid qızının, Məmmədova Səkinə Məmməd qızının, İsmayılova Validə Nəriman qızının, İbrahimova Tarlala Mehdi qızının, Nəsibova Şəlalə İsmixan qızının, Gürzalıyeva Rəhimə Şahin qızının, Tağıyeva Vəzguha Mikayıl qızının, Yuxarı Salahlı kənd sakini Şıxməmmədov Razim Bəziryan oğlunun, Cəfərli kənd sakini Qarasaqqalova Ramilə Həsən qızının, Ağköynək kənd sakinləri Quliyev Raquf Fərhad oğlunun və Eyubova Siranuş Cəbrayıl qızının, Çaylı kənd sakini Cəfərov Ətraf Yunus oğlunun, Canalı kənd sakini Yusibova Ulduzə Vəliyullah qızının, Ürkməzli kənd sakini Oruclu Aytəkin Rasim qızının, Qarapapaq kənd sakini Vəliyeva Venera İdris qızının, Hüseynbəyli kənd sakini Heydərova Təranə Vaqif qızının, Daş Salahlı kənd sakini Məmmədova Xalsa Məhəmməd qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.




 

GOYEZEN.AZ


Geri qayıt