Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı daha bir vətəndaşın müraciətinə yerində baxıb
İcra başçısı daha bir vətəndaşın müraciətinə yerində baxıb31-01-2020, 18:50 |
Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda vətəndaş amili hər zaman ön planda dayanır. Həyata keçirilən bütün işlərdə vətəndaş mövqeyi üstün tutulur. Atılan uğurlu addımlar sübut edir ki, dövlət həmişə öz vətəndaşının yanındadır. Cənab Prezident İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bunun bariz nümunəsidir. Bu, eyni zamanda hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyət hissi qoyur. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş-məmur münasibəti demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi də əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba həssaslıqla yanaşılacağını yaxşı bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ümumi qəbul zamanı müraciət etmiş şəhərin Bakı küçəsi 342 ünvanında yaşayan daha bir vətəndaşın istəyinə əsasən evində olub və yerində baxış keçirib. Qaz sızması nəticəsində evinə ziyan dəymiş Babayev Mehman Fərman oğlunun yanında olan, diqqət və qayğısını əsirgəməyən rayon rəhbəri köməklik olunacağını bildirib və bununla bağlı aidiyyatı üzrə tapşırıq verib. Mehman Babayev onun ailəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və köməklik göstərilməsinə görə rayon rəhbərinə bir daha təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ Geri qayıt |