Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Xanlıqlar kəndində kənddaxili yolun asfaltlanması ilə bağlı görülən işlərlə tanış olub

İcra başçısı Xanlıqlar kəndində kənddaxili yolun asfaltlanması ilə bağlı görülən işlərlə tanış olub


28-01-2020, 18:42


Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu son illər ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin arasında yeni yolların çəkilişi ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardan, həyata keçirilən layihələrdən də aydın şəkildə görmək olur.

Sevindirici hal isə odur ki, dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı həmin Sərəncamlar Qazaxda da uğurla icra olunur. Təkcə son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur.

Qazaxda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili, kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

Ötən yazımızda rayonun ən qədim kəndlərindən olan Xanlıqlar kəndində sakinlərin istəyini nəzərə alaraq ikinci dayanacaqdan üçüncü dayanacağa kimi 2 km-ə yaxın uzunluğu olan kənddaxili yolun asfaltlanması barədə də məlumat vermişdik. Artıq bir neçə gündür ki, start götürən kənddaxili yolun asfaltlanması yekunlaşmaq üzrədir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndində olub, yolun asfaltlanması ilə bağlı görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, yeni asfalt çəkilən yol Xanlıqlar kənd tam orta məktəbin və körpələr evi-uşaq bağçasının qarşısından keçir. Bu da həm müəllimlər, həm də valideynlər, ümumilikdə isə kənd sakinləri tərəfindən razılıqla qarşılanır. İstər rayonda, istərsə də kəndlərdə yol infrastrukturunun yenidən qurulmasına görə başda ölkə başçısı İlham Əliyev olmaqla əməyi keçən insanlara minnətdarlıqlarını bildirirlər.

Sonra rayon rəhbəri Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin istilik sisteminin qazlaşdırılması ilə bağlı görülən işlərlə də tanış olub. İşlərin sürətləndirilməsini bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib.




 










GOYEZEN.AZ


Geri qayıt