Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax: növbəti səyyar qəbul
Qazax: növbəti səyyar qəbul26-01-2020, 13:36 |
Respublika mətbuatı Qazax haqqında------------------------------------------Qazaxda
rayon rəhbərliyinin istər şəhərdə, istərsə də ucqar, cəbhəyanı kəndlərdə sakinlərlə
görüşərək problemləri ilə şəxsən tanış olması, əksəriyyətini yerindəcə həll
etməsi son illər artıq adi hala çevrilib. Növbəti belə görüş mənfur düşmənlə
təmas xəttinə olduqca yaxın məsafədə yerləşən Qaymaqlı kəndində baş tutmuşdur. Aidiyyatı
idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə
2019-cu ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı
işlərdən danışılıb, sakinləri narahat edən məsələlər müzakirə olunaraq həlli
istiqamətində mühüm addımlar atılmışdır. Ölkə başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan icra başçısı 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan qayğı kimi qeyd edib, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Qaymaqlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub. Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib, 2020-ci ildə Qaymaqlı kəndində subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu vurğulayıb. Rayonda,
eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin
olmadığını qeyd edən rayon rəhbəri Qaymaqlı kəndində SİP kabelləşmə
aparılacağını bildirib.
Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 26 yanvar 2020-ci il
Geri qayıt |