Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının (RİHB)
Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2019-cu
ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı
keçirilib.
Hesabat yığıncağında Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin
müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra
gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil
Azərbaycanın çiçəklənməsi naminə həyata keçirilən bütün işlərdə uğurlar
arzulayıb. Qeyd edib ki, dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi milli inkişaf
strategiyası nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün bütün
dünyada güclü dövlət və sabit ölkə kimi tanınır. Azərbaycanda güclü sosial
siyasət həyata keçirilir, müasir infrastruktur yaradılmaqla əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir.
Bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonları, şəhərləri, qəsəbələri və kəndləri
əhatə edir. 2019-cu ilin ölkəmiz və
xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən müavin bu gün respublikamızın
bütün bölgələrində olduğu kimi, Qazaxda da "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük
miqyas aldığını qeyd edib. Respublikamızda, eləcə də bölgələrimizdə
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən
danışan müavin ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli
tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha
sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin
salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının
adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı
tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb
üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird
yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini bu sahədə
görülən işlərin bariz nümunəsi və təhsil sahəsinə olan dövlət qayğısı kimi qeyd
edib.
Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndə Zahid Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmuş 2019-cu ildə
qazanılmış nailiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizlə yanaşı hesabat
ilində rayonumuzda da genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən
quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü
şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə
çevrilmişdir.
Z.Mirzəyev qeyd edib ki, Aşağı Salahlı kənd
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik bir kəndi əhatə etməklə kənddə təsərrüfatların sayı 474, əhalinin sayı 1964
nəfərdir. Nümayəndəliyin ərazisində bir bələdiyyə, 1 tam orta məktəb, 1 diyarşünaslıq
evi, 1 kitabxana, 1 körpələr-evi uşaq bağçası, 1 tibb məntəqəsi, 5 ticarət və 3
ictimai iaşə obyekti fəaliyyət göstərir.
Ərazidə 1 tam orta məktəb fəaliyyət göstərir ki,
burada 250 nəfər şagirdin təlim-tərbiyəsi ilə 30 nəfər pedoqoji kollektiv
məşğul olur. Məktəbi bitirmiş 5 nəfər şagirddən 1 nəfəri ali məktəblərə sənəd
vermiş və orta ixtisas məktəbinə qəbul olunmuşdur. Hesabat ilində məktəbin
11-ci sinif şagirdi Sarıyeva Sahilə Aqil qızı Heydər Əliyev - 96 "Ən yaxşı
təqdimat” müsabiqəsində iştirak edərək rayon birincisi olmuş və Təhsil
Nazirliyinə göndərilmişdir. Təhsil Nazirliyində keçirilən müsabiqədə 3-cü dərəcəli
diploma layiq görülmüş, noutbuk və 200 manat pul mükafatı ilə
mükafatlandırılmışdır. Məktəbin komandası 2003-2004-cü il təvəllüdlü
məktəblilər arasında "Atletika” üzrə rayon birinciliyində 1-ci yerə layiq
görülərək Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif
olunmuşlar. Məktəbin "Şahin” komandası hərbi idman oyununun Qazax rayon
Birinciliyi yarışında 1-ci yer tutduğuna görə Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən fəxri fərmanla təltif olunmuş və rayonumuzu zona yarışında təmsil
etmişlər.
Ərazidə 2 qruplu 1 körpələr-evi uşaq bağçası fəaliyyət
göstərir. 35 nəfər körpənin tərbiyəsi ilə 14 nəfər işçi məşğul olur.
İnzibati ərazi dairəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin 1 diyarşünaslıq evi, 1 kitabxana fəaliyyət
göstərməklə 8 nəfər işçi heyəti vardır. Bu işçilərlə nümayəndəliyin birgə
fəaliyyəti sayəsində kənddə bütün mədəni tədbirlər keçirilmişdir. Rayonumuzda
keçirilən bütün tədbirlərdə diyarşünaslıq evinin işçiləri iştirak etmişlər. Diyarşünaslıq
evinin inzibati binasının dam örtüyünün dəyişdirilməsinə çox böyük ehtiyac
vardır. Kənddə 1 tibb məntəqəsi fəaliyyət
göstərir və 6 nəfər işçisi vardır. 2019-cu ildə tibb məntəqəsinə 970 nəfər ambulator
gəliş olmuşdur.
Kənd əhalisinə nəqliyyat xidməti göstərmək üçün 7 ədəd
mikroavtobus Qazax-Aşağı Salahlı marşrutu üzrə hərəkət edir. Gün ərzində
kənddən şəhərə və şəhərdən kəndə cəmi 11 reys həyata keçirilir. Nəqliyyat
vasitələrinin iş qrafikinə, imtiyazlı insanların, şəhid ailələrinin nəzərə
alınmasına daim nəzarət olunur.
Ərazidə 374 abonent elektrik enerjisindən istifadə
edir ki, 24 saat fasiləsiz enerji ilə təmin olunur. 3 ədəd 100 kv-luq, 1 ədəd
250 kv-luq, 1 ədəd 163 kv-luq, 2 ədəd 63 kv-luq transformator fəaliyyət
göstərir. Həmin transformatorların 2 ədədinin dəyişdirilməsinə ehtiyac vardır.
Ərazidə 352 abonent mavi qaz yanacağından fasiləsiz
olaraq istifadə edir. Həm mavi yanacaqdan, həm də elektrik enerjisindən
istifadə edən abonentlər istifadə etdikləri enerji haqlarını idarə binasının
bir otağında yerləşən bir nəfər poçt filialının işçisinə ödəyirlər. Həmin poçt
işçisi müvəqqəti olaraq idarə binasının bir otağında yerləşdirilib. Ərazidə bir
ədəd poçt filialı binasının tikintisinə böyük ehtiyac vardır.
Ərazi dairəsində əhali rabitə və yüksək sürətli
internetdən istifadə edir. Aşağı Salahlı kəndi ərazisində 249 ədəd telefon
nömrəsi və 67 ədəd internet istifadəçisi vardır. Kənd ərazisində internetdən
istifadə zamanı çox böyük çətinliklər yaranır.
2019-cu ildə 10 nəfər sakin dünyasını dəyişmiş, 4
nəfər isə rəsmi nikaha durmuşdur. Cari ildə 16 doğum qeydə alınmışdır ki,
bundan 6 nəfəri oğlan, 10 nəfəri isə qız olmuşdur.
Nümayəndəliyə hesabat ilində 17 məktub daxil olmuş, 7
yazılı, 17 şifahi müraciətə baxılmış və öz həllini tapmışdır. Müraciət etmiş
438 nəfər vətəndaşa ailə vəziyyətini təsdiq edən və müxtəlif arayışlar
verilmişdir. 2019-cu ildə 7 nəfər həqiqi hərbi xidmətə çağırılmış, 6 nəfər isə
ordudan tərxis olunmuşdur.
Aşağı Salahlı kənd əhalisinin əsas məşğuliyyəti
əkinçilik, üzümçülük, və heyvandarlıq təşkil edir. Dövlət başçısının kənd
təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23
yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32
saylı, 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarına uyğun 2019-cu ildə kənd
təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor
yağlarına görə 687 hektar torpaq sahəsinə 44733 manat hər bir istehsalçının
plasik kart hesabına köçürülmüşdür. Bildiyiniz kimi, ölkə prezidentinin müvafiq
sərəncamı ilə 2020-ci il yanvarın 1-dən etibarən yeni subsidiya mexanizmi
hazırlanıb və kənd istehlakçıları da öz torpaqlarında əkdikləri bitkini bəyan
etmək üçün Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək qeydiyyata
düşmüşlər.
Hesabat ilində kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində rayonda və kənddə baramaçılıq və tütünçülük sahələrinin inkişaf
etdirilməsinə başlanılmışdır. Ötən il 434 kq barama istehsal olunaraq Şəki
ipəkçilik fabrikinə, 3 hektar ərazidə əkilmiş tütündən ümumilikdə 5000 kq
qurudulmuş tütün istehsal olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Hesabat
ilində kənddə baramaçılığın daha da inkişaf etdirilməsi üçün ölkəmizə Çin Xalq
Respublikasından gətirilmiş 1000 ədəd tut tingi əkilmişdir.
2019-cu ilin məhsulu üçün ərazidə 340 hektar buğda, 111
hektar arpa biçilmişdir ki, məhsuldarlıq 33,71 sentner, 20 hektar qarğıdalı məhsuldarlıq
40 sentner, 15 hektar kartof əkilmişdir ki, məhsuldarlıq 30 sentner, 69 hektar
üzüm bağlarından 50 sentner olmuşdur.
Ərazi dairəsində 2020-ci ilin məhsulu üçün 289 hektar
payızlıq buğda, 144 hektar arpa səpilmişdir. Həmin sahələrdə suvarılma işləri
aparılmış və hazırda davam edir. Kənddə suvarma suyu iki istiqamətdən - həm
"Zor” arxı, həm də "Axmaz” arxı istiqamətindən daxil olur. Ərazi su mənbəyindən
ən axırıncı nöqtədə yerləşdiyi üçün daim suvarma suyundan çətinliklər olur.
Lakin rayon rəhbərliyinin böyük səyləri nəticəsində demək olar ki, hər il kənddə
bir ədəd subartezian quyusu qazılıb təhvil verilir. Bu ənənə 2019-cu ildə də
davam etdirilib və 1 ədəd subartezian quyusu qazılaraq vətəndaşların
istifadəsinə verilib.
2020-ci il yanvarın 1-i vəziyyətinə əhalidə 1965 baş
iribuynuzlu mal-qara, 10100 baş xırdabuynuzlu qoyun-keçi olub ki, bu da ötən
ilə nisbətən artmaqdadır. Ərazidə Rayon Baytarlıq İdarəsinin 1 nəfər baytar
həkimi və 1 nəfər baytar texniki qulluq göstərir. Bu il 315 baş iribuynuzlu, 14000
baş xırdabuynuzlu heyvanlarda davaq xəstəliyinə qarşı 2 dəfə peyvənd aparılmış,
1600 baş iribuynuzlu, 9000 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə
qarşı profilaktik tədbirlər aparılmışdır. Görülən profilaktiki tədbirlər
nəticəsində heç bir infeksion xəstəliklər aşkarlanmamışdır. Bu sahədə çalışan
mütəxəssislərin fəaliyyətini qənaətbəxş hesab etmək olar. İnzibati ərazi
dairəsində 1 nəfər süni mayalanma üzrə ixtisaslaşmış texnik fəaliyyət göstərir.
Onun fəaliyyəti nəticəsində əhalidə olan yerli cins inəklərdə süni mayalanma
aparılaraq heyvanların cinsi dəyişdirilir. 2019-cu ildə 7 baş inək mayalanmış
və 2 baş bala alınmışdır. Nazirlər Kabinetinin 25 dekabr 2015-ci il tarixli 401
saylı qərarına əsasən süni mayalanma yolu ilə doğulmuş buzovlara 100 manat
məbləğində subsidiyanın verilməsi insanların bu sahəyə marağını daha da artırmışdır.
Kənddə 3 kəndli fermer təsərrüfatı vardır ki onların da əsas fəaliyyəti
heyvandarlıqla bağlıdır. İstehsal etdikləri süd və süd məhsullarını rayon
bazarlarında satışa çıxarırlar. Fermerlərin istehsal etdikləri süd
məhsullarının emalı üçün rayonumuzda kiçik də olsa süd zavodu tikilərsə daha
məqsədə uyğun olar.
Kənddə görülən işlər barədə məlumat verən icra
nümayəndəsi ötən il bağça üçün bərk və yumşaq invertar, elektrik cihazları
alındığını, bağçalarda bayram şənliklərinin yüksək səviyyədə təşkil olunduğunu
və körpə balalara bayram hədiyyələri verildiyini qeyd edib.
Kəndin yuxarı hissəsində yerləşən avtobus dayanacağı
nümayəndəlik tərəfindən təmir edilmiş və bir ədəd stul quraşdırılmışdır.
Məktəbin yanında yerləşən artezian quyusunun üzərində
olan su çənində təmir işləri aparılmış, əlavə qurğular quraşdırılmışdır.
Cəmi uzunluğu 2000 m olan təsərrüfatdaxili yollara çınqıl
verilmiş və texnika vasitəsilə hamarlanmışdır.
Bələdiyyə tərəfindən kəndin mal örüşü adlanan ərazisində
1 ədəd su ötürücü boru salınaraq istifadəyə verilmişdir.
Ərazinin 3 yerində yerləşən zibil tullantıları üçün
ayrılmış yerlər ekskvator vasitəsilə təmizlənmişdir. Təmizlənmiş zibillər
bulduzer vasitəsilə basdırılmışdır.
Ərazidə yaşayan şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları daim diqqətdə saxlanılmış, bayramlarda
nümayəndəlik və bələdiyyə tərəfindən onlara və bir neçə imkansız ailələrə bayram
sovqatları verilmişdir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə Heydər Əliyev Fondu tərəfindən 2 nəfər ünvanlı sosial
yardım alan ailəyə bayram sovqatları verilmişdir. Həmçinin rayon rəhbərliyi tərəfindən
də kənddə yaşayan şəhid ailələrinə bayram sovqatları çatdırılmışdır.
İcra nümayəndəsi görülmuş işlərlə yanaşı kənddə
görülməsi vacib olan bir neçə məsələni də diqqətə çatdırıb. O, Kür çayının sağ
sahilində bənd bərkitmə işlərinin aparılması, kənddə yeni subartezian
quyularının qazılması, Kür çayının sağ sahilində yerləşən vətəndaşlara məxsus
pay torpaqlarında həm suvarmanın yaxşılaşması, həm də torpaqların
şoranlaşmasının qarşısının alınması üçün drenaj kanallarının təmizlənməsi və
suvarma arxlarının beton üzlüyə alınması, yeni tibb məntəqəsinin tikintisi, diyarşünaslıq
evinin dam örtüyünün dəyişdirilməsi, yeni Poçt filialının tikintisi, ərazidə
yerləşən iki ədəd transformatorun dəyişdirilməsi kimi məsələləri qeyd edib və
həlli üçün aidiyyatı təşkilatlar qarşısında qaldırılmasını bildirib.
Məruzə ətrafında çıxış edən Aşağı Salahlı kənd tam
orta məktəbin direktoru Cahangir Alnaqov, Məzahir Hüseynov kənd sakinləri
adından 2019-cu ildə rayonumuzda, eləcə də Aşağı Salahlı kəndində görülən
genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını
bildiriblər. Yenicə qədəm qoyduğumuz 2020-ci ilin də yaddaqalan bir il
olacağına əminliklərini vurğulayıblar.
GOYEZEN.AZ
Geri qayıt
|