Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib23-01-2020, 20:16 |
Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə məqsədyönlü dövlət siyasəti yürüdülür və həmin siyasətin əsasını da vətəndaş amili təşkil edir. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman bütün sahələrdə ön plana çəkilir. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da məhz bu amala xidmət edir ki, onun kökündə sakinlərin qayğıları dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib. Şəhər sakini Babacanov Fəxrəddin Məsim oğlunun əlillik dərəcəsinin alınması ilə bağlı məsələsinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və araşdırılması tapşırılıb. Ağköynək kənd sakini Mansurov Rizvan Camal oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə isə yerində baxış keçiriləcəyi bildirilib. Şəhər sakinləri Hümbətova Bəsdi Saleh qızının, Əsədova İlhamə Fərhad qızının, Birinci Şıxlı kənd sakini Mustafayev Tanrıverdi Məhəd oğlunun, Qazaxbəyli kənd sakini Əzizova Sehran Firuddin qızının, Aşağı Əskipara kənd sakini Nəsibov Nəsib Yusif oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |