Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Orta
Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş
işlər və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı
keçirilib.
Hesabat yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq
şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.
Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər
barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon
rəhbərliyinin salamlarını çatdırıb, yğıncağın işinə uğurlar arzulayıb. Qeyd
edib ki, bu gün tam əminliklə deyə bilərik ki,
2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə
uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında
özünü təsdiqləyib. Beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Azərbaycan ölkə
prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə layiqli yerini
tuta bilib. Sevindirici hal isə odur ki, bu inkişaf ölkəmizin bütün
bölgələrini, rayonlarını, şəhərlərini, qəsəbələrini və kəndlərini əhatə edib. 2019-cu
ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən müavin bildirib
ki, bu gün bölgələrimizdə olan dinamik inkişafı Qazax rayonunun timsalında daha
aydın şəkildə görmək olar. Belə ki, son 3 ildə həyata keçirilən genişmiqyaslı
tikinti-quruculuq işləri, sosial layihələr, elm, təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər həmin inkişafın bariz
nümunəsidir.
Orta Salahlı kənd İƏD-si üzrə nümayəndə Azim Xəlilov
hesabat məruzəsi ilə çıxış edərək əvvəlcə 2019-cu ildə ölkəmizdə, eləcə də bölgələrimizdə
həyata keçirilən genişmiqyaslı işlərdən danışıb. Qeyd edib ki, başa vurduğumuz bu il Qazax rayonu, eləcə də kəndimiz
üçün hər bir sahədə uğurlu olub. Bildirib ki, Orta Salahlı kənd icra
nümayəndəliyinin ərazisində iki kənd - Orta Salahlı və Qazaxbəyli kəndləri yerləşir.
İki kəndin birlikdə 831 təsərrüfatı, 3107 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində
1 bələdiyyə, 2 tam orta məktəb, 1 uşaq bağçası, 1 folklor evi, 2 kitabxana, 1 həkim
məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt rabitə şöbəsi, 1 elektron ATS fəaliyyət
göstərir.
Orta salahlı kənd tam orta məktəbində 150 nəfər
şagird təhsil alır ki, onların təlim–tərbiyəsi ilə 25 nəfər müəllim məşğul
olur. Keçən il məktəbin 5 məzunu ali, 2 məzunu isə orta ixtisas məktəbinə daxil
olmuşdur. Məktəbin həyətində Orta Salahlı kənd sakini tərəfindən 1 ədəd bulaq
tikilmişdir.
Qazaxbəyli kənd tam orta məktəbində 133 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər müəllim məşğuldur. Keçən il məktəbin 2
məzunu ali, 2 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə
məsuliyyəti Orta Salahlı həkim məntəqəsi və Qazaxbəyli tibb məntəqələrinin
kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda
müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab
verir.
Orta Salahlı kənd İcra nümayəndəliyi ərazisində
klub, diyarşünaslıq evi, kitabxana fəaliyyət göstərir. Diayarşünaslıq evinin,
klub və kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak
edirlər.
Orta Salahlı və Qazaxbəyli kəndlərində 2019-cu ildə
elektrik enerjisi və təbii qaz yanacağının verilıməsi fasiləsiz olmuşdur. Əhali
istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər
tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Orta salahlı kənd
Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul
baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət
səviyyəsi qənaətbəxşdir. Elektron ATS tipli
stansiyanın kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 548 nömrəli
yeni elektron ATS fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti
və kompüter xidməti təmin olunmuşdur.
2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib
edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək
işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat ilində vətəndaşlardan müxtəlif mövzuda 12 ədəd
yazılı və 33 şifahi şikayətlər daxil olmuşdur. Həmin şikayətlərə yerində
baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 19 məktub
daxil olmuş, 936 arayış və məktub göndərilmişdir. Hesabat dövründə 26 doğum, 12
nikah, 14 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat
dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil
olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan
mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmış
və Statistika idarəsinə hesabat verilmişdir.
Qazaxda bütün sahələrlə yanaşı vətəndaş amili də daim ön plana
çəkilir. Sakinlər tərəfindən qaldırılan hər bir məsələyə xüsusi diqqətlə
yanaşılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin
olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər, həmin görüş zamanı
səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində
konkret tapşırıqlar verməsi kənd sakinlərini narahat edən məsələlərin öz müsbət
həllini tapmasına xidmət edir. 2019-cu ildə
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orta Salahlı və Qazaxbəyli kəndlərinin
hər birində 4 dəfə olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, kənd sakinlərini
narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlarını
vermişdir.
Rayon rəhbərinin Orta Salahlı və Qazaxbəyli kəndlərində keçirdiyi
səyyar görüşlər zamanı səsləndirilən məsələlərin həll olunması da bu
dediklərimizin əyani sübutudur. Belə ki, Qazaxbəyli
kəndində vətəndaşlarla görüş zamanı kənd sakinləri uşaq bağçasında olan körpə
balaların baba və nənələri olaraq müraciət edib xahiş etmişdilər ki, kəndin
bağçası digər kəndlərdə və şəhər bağçalarında olduğu kimi əsaslı təmir edilərək
müasir standartlara cavab verən səviyyəyə gətirilsin. Kənd sakinlərinin müraciəti nəzərə
alınaraq qısa müddət ərzində rayon rəhbərliyi tərəfindən kənd bağçası əsaslı təmir
olunaraq 31 may 2019-cu il tarixdə istifadəyə verilmişdir. 20 yerlik yeni
bağçada bir qrup fəaliyyət göstərir, bağçada yüksək səviyyədə müdir otağı, qrup
otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx inşa olunmuşdur.
Bağça müasir istilik sistemi ilə təmin olunub. Geniş həyətə malik olan və
müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül
kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində
hər cür şərait yaradılıb. Bundan əlavə, yeni bağça müasir avadanlıqlarla təchiz
olunmuşdur. Bunun
üçün kənd sakinləri adından rayon rəhbərinə bir daha öz minnətdarlığımızı
bildiririk.
Bundan əlavə, sakinlər hər iki kənddə
qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, 3 ədəd
artezianın təmir edilməsini, 10 hektar suvarılmasında çətinlik çəkiliən əkin
sahəsinin suvarma arxına dəmir qapının qoyulmasını xahiş etmişdilər. Rayon rəhbəri elə görüş zamanı qaldırılan məsələlərlə
bağlı aidiyyatı üzrə konkret tapşırıqlarını vermişdir. Qısa vaxt ərzində verilən
tapşırıqlara uyğun olaraq 3 ədəd artezian təmir edilmiş, Orta Salahlı kəndində
7 ədəd, Qazaxbəyli kəndində isə 5 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəkləri
Qazax Elektrik Şəbəkəsi tərəfindən yeni beton dirəklərlə əvəz
olunmuş, 10 hektar əkin sahəsinin suvarma arxına dəmir qapı quraşdırılmışdır.
Dahi Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə əlaqədar Bakı-Tbilisi magistral yolunun Qazaxbəyli kəndi
ərazisindən keçən hissəsində əvvəlcədən
ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi işləri görülmüş, çalalar
qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunaraq 300 ədəd şam
ağacı əkilmişdir.
Kənd İcra nümayəndəliyi
işini Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birgə qurmaqla bir çox işlər
görülmüşdür. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının
ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz
işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmişdir. Kənd sakinlərinin zibil
tullantılarını atması üçün texnika vasitəsilə Orta Salahlı kəndində 1 ədəd,
Qazaxbəyli kəndində isə 2 ədəd xəndək qazılmış, zibil tullantıları atılan sahələr
təmizlənmiş, kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları
atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq təkrar zibil atan vətəndaşlara
qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir. Bundan əlavə,
kəndin çıxış hissəsində olan körpü təmir edilərək 4 ədəd beton plitələr qoyulmuşdur.
Orta salahlı kənd
sakini tərəfindən kənd qəbiristanlığına 1000 metr uzunluğunda su xətti çəkilmiş,
qəbiristanlıq yolu təmir edilmiş, qəbiristanlığın ərazisində 1 otaq tikilərək çardaq
quraşdırılmışdır.
Orta Salahlı və Qazaxbəyli kəndinin ərazisinin 1312
hektarı xüsusi mülkiyyətə, 1198 hektarı bələdiyyə mülkiyyətinə, 137 hektarı isə
dövlət mülkiyyətinə aiddir (cəmi 2647 hektar). Ərazidə 2079 hektar kənd təsərrüfatına
yararlı torpaq sahəsi mövcuddur ki, bunun da 1359 hektarı suvarılan sahələrdir
(qalan suvarılmayan 720 hektardan 300 hektar dəmyə pay torpağı, 420 hektarı isə
örüş sahələridir).
Hər iki kəndin əsas məşğuliyyəti əkinçilik və
heyvandarlıqdır. 2018-ci ildə 2019-cu ilin məhsulu üçün 471 hektara buğda, 261
hektara arpa səpilmişdir. Taxıl sahələri rayonumuzun və kənar rayonlardan cəlb
olunmuş kombaynlar vasitəsilə vaxtında və itkisiz biçilərək 471 hektar buğda
sahəsindən 1780,4 ton məhsul əldə edilmiş, məhsuldarlıq 37,8 sentner, 261
hektar arpa sahəsindən isə 665,6 ton məhsul əldə edilərək məhsuldarlıq 25,5
sentner olmuşdur. 2019-cu ildə 2020-ci ilin məhsulu üçün 697 hektarda şumlama
işləri aparılmışdır ki, bundan 346 hektarda buğda, 98 hektarda isə arpa səpilmişdir.Dövlət başçısının "Kənd təsərrüfatı
istehsalçılarına dövlət dəstəyinə dair” 13 yanvar 2007-ci il tarixli Sərəncamından
irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları
istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə
hər hektara 50 manat olmaqla subsidiya ödənilmişdir. Bundan əlavə, 2019-cu ildə əkilən
4 hektar tütün sahəsindən 6600 kq tütün tədarük olunaraq plana 101%, 415 kq
barama təhvil verilərək plana 96 % əməl olunmuşdur. Hesabat ilində kəndlərdə
baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının gücləndirilməsi məqsədilə
Qazaxbəyli kəndinin 0,5 hektar torpaq sahəsində Çin Xalq Respublikasından gətirilmiş
3000 ədəd tut tingi əkilərək becərilməsi üçün bir nəfər kənd sakininə
verilmişdir. Həmin tut tinglərinə aqrotexniki qaydada xidmət olunur.
İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin,
xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də
bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbəri
fəaliyyətə başladığı ilk gündən hər il suvarma arxlarının və kanallarının təmir
olunması, kol-kosdan və lildən təmizlənməsini daim diqqət mərkəzində saxlayır.
Rayon rəhbəri arxların təmiri zamanı
dəfələrlə Orta Salahlı və Qazaxbəyli kəndlərində suvarma arxlarında
görülən işlərə baxış keçirmiş, arxlarda görülən işlərlə tanış olmuş, işlərin
daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını
bildirərək bəzi tapşırıq və tövsiyələrini vermişdir. Əkin
sahələrinin suvarılmasına 26,1 km arx xidmət göstərir ki, onun da 9,5 km-i
beton üzlüklü, 16,6 km-i isə torpaq məcralı arxlardır. 2019-cu ildə nümayəndəlik
ərazisində təmizlənməsi nəzərdə tutulan 25,3 km suvarma arxlarından 0,9 km-i Qazax
Suvarma Sistemləri İdarəsinin texnikası, 5,5 km-i isə əl əməyi ilə işçi qüvvəsi
tərəfindən təmizlənmişdir.
01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında
2142 baş iribuynuzlu mal-qara, 7830 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata
alınmışdır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar
xidmətləri aparılmış, heyvanlara qarayara, bürüselyoz, vərəm və taun əleyhinə
qarşı peyvəndlər aparılmışdır. Hesabat ilində heyvanlar arasında kütləvi
xəstələnmə halları olmamışdır.
"Azərbaycan Respublikasında
arıçılığın inkişafının stimullaşdırılması haqqında” Respublika Prezidentinin
2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq Orta Salahlı və Qazaxbəyli kəndlərində 19 nəfər kənd
sakininin saxladığı 176 arı ailəsi Kənd Təsərrüfatı İdarəsi tərəfindən nömrələnmişdir.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində
olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının
istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin
tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini
üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Orta Salahlı
kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd
əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində,
biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Orta Salahlı-Qazaxbəyli
bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Ölkə başçısının "Əhalinin özünüməşğulluğunun
təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına
uyğun olaraq bir nəfər aztəminatlı Orta Salahlı kənd sakini Novruzov Xəyyam
Camalbəy oğluna fərdi təsərrüfatını qurmaq üçün 2 baş iribuynuzlu heyvan
verilmişdir.
Respublika
Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur. Haqqı
ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud
Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Orta Salahlı və Qazaxbəyli kəndindən olan
5 nəfər "DOST İş Mərkəzi” MMC tərəfindən işlə təmin olunmuşdur. Həmin
işçilər mütəmadi olaraq Bakı-Tbilisi
magistral yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında,
kənd qəbiristanlıqlarında təmizlik işləri aparır. Bundan əlavə, Qazaxbəyli kəndinin
ərazisində əkilən 4 hektar tütün sahəsinin becərilməsində, barama
saxlanılmasında yaxından iştirak etmişlər.
Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl
Allahverdiyeva, Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, ağsaqqal
Nəbi Babacanov, Raya Ayvazova, Qazaxbəyli kənd sakini Qədir Məmmədov çıxış edərək
rayonumuzda, eləcə də Orta Salahlı və Qazaxbəyli kəndlərində həyata keçirilən
tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə və başqa sahələrə göstərilən diqqət
və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını
bildiriblər. Uzun illərdən sonra kəndlərə içməli suyun çəkilməsinə, Qazaxbəyli
kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha sonsuz təşəkkürlərini
çatdırıblar.
Minnətdarlıq dolu
ürək sözlərini çatdıran sakinlər Orta Salahlı kənd tam orta məktəbin təmir
olunması, kənddə bağçanın açılması və s. məsələləri qeyd ediblər. Sakinləri
diqqətlə dinləyən müavin səslənən məsələlərin Dövlət Proqramına salındığını və
digər məktəblər kimi adı keçən məktəbin də təmirinin nəzərdə tutulduğunu
bildirib.
GOYEZEN.AZ
Geri qayıt
|